Əməkdar jurnalist, publisist Eyruz Məmmədovun "Dama Pika” romanı Türkiyədə çap olunub.Sumqayit.tv xəbər verir ki, əsər Abdulkadir Ozkan tərəfindən tərcümə edilib və "Dama Pika Maça kızı" adı ilə çap olunub.
"Dama Pika” romanı iki gəncin nakam sevgisindən bəhs edir.
E. Məmmədov 1988-ci ildə baş vermiş Sumqayıt hadisələrindən sonra ömrünün qalan hissəsini ekspert qismində bu olayların araşdırılmasına həsr edib.
Qeyd edək ki, Eyruz Məmmədovun 1998-ci il hadisələri ilə bağlı məqalələri Rusiya, Türkiyə, Almaniya və İngiltərə mətbuatında çap olunub.