MİDİB Sumqayıtda “Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı təlim təşkil olunub



"Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin (MİDİB) icra etdiyi "Dövlət, Universitet və QHT əməkdaşlığı” çərçivəsində Sosial sahibkarlığın və müəssisələrin təşkilinin gənclər arasında təbliği üzrə təşəbbüslər adlı layihənin növbəti 3-cü təlimi 22 oktyabr 2022-ci il tarixində Sumqayıt şəhərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Sumqayıt nümayəndəliyinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzinin təlim mərkəzində təşkil olunub.

Təlimi giriş sözü ilə MİDİB təşkilatının icraçı direktoru və layihə rəhbəri Arif Nəcimov açaraq layihə haqqında ətraflı məlumat verib. O, əlavə edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi, "Dövlət, Universitet və QHT əməkdaşlığı” çərçivəsində Sosial sahibkarlığın və müəssisələrin təşkilinin 120 nəfər gəncin arasında təbliği və məşğulluğun təmin olunmasına dəstək olmaqdır.

A. Nəcimov bildirib ki, layihə 1 sentyabr 2022-ci il tarixindən başlayıb və üç ay ərzində iş planına uyğun olaraq davam edəcək. Layihə çərçivəsində 3 şəhərdə (Bakı ş., Xırdalan ş. və Sumqayıt ş.) 30 nəfərlik 4 qrupdan ibarət 120 nəfər gənc üçün bir günlük "Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı praktiki təlim (iki dəfə çay-kofe və nahar fasiləsi daxil olmaqla) və 5 noyabr 2022-ci il tarixində layihənin yekununa həsr olunmuş sərgi-konfrans təşkil olunacaqdır.

Layihə çərçivəsində təşkil olunacaq sərgi-konfransda təlim iştirakçıları qazandıqları bilik və təcrübələr əsasında öz layihə və ya uğurlu fəaliyyətlərinin nəticələrini tədbir iştirakçılarına və qonaqlara təqdim etmək şansları olacaqdır. Ən uğurlu layihə(lər)nin maliyyələşdirilməsi üçün dövlətin uyğun investisiya və ya qrant proqramlarına tövsiyyə edilməsi və maliyyələşməsi üçün MİDİB təşkilatının layihə işçi qrupu da dəstək olacaqdır.

Sonra söz Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Sumqayıt şəhər nümayəndəliyinin rəhbəri Sevinc Qasımovaya verilib. O, GİKM-nin hal-hazırda 55 şəhər və rayonda fəaliyyəti, icra etdikləri proqramlardan və layihələrdən, həmçinin gənclər üçün təklif olunan imkanlar haqqında ətraflı məlumatı təqdimatla çatdırıb.

Təlim, sosial sahibkarlıq sahəsində təlimçi Elbəy Əliyevin və Rəfiqə Nurullayevanın, həmçinin "Birgə İnvest” MMC-nin layihələr üzrə baş meneceri Vidadi Baxışovun təqdimatları ilə davam edib. Onlar tələbələrə "Sosial və ekoloji problemlər”, "İcma quruculuğu və problemlərin birgə həlli yolları”, "Sahibkarlıq fəaliyyəti”, "Sosial sahibkarlıq”, "BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və onların Sosial sahibkarlıqla (bizneslə) əlaqəsi”, "Biznes və marketinq planlama və onların əhəmiyyəti”, "Sosial-iqtisadi-ekoloji problemlərin qruplar (icmalar) çərçivəsində həll yolları” və "Dövlətin maliyyə və dəstək mexanizmləri” haqqında, həmçinin təmsil etdikləri qurumların fəaliyyəti, xidmətləri və əməkdaşlıq imkanları haqqında ətraflı məlumat veriblər.

Layihənin davamlılığını təmin etmək üçün MİDİB təşkilatının layihə işçi və ekspert qrupu tərəfindən təlim iştirakçılarına 6 aylıq "Biznes mentorluq” proqramı da təklif olunacaqdır. Bu proqram çərçivəsində təlim iştirakçıları "Dövlət, Universitet və QHT əməkdaşlığı” çərçivəsində öz sosial sahibkarlıq (biznes) fəaliyyətini daha peşəkarcasına təşkil etmək şansı qazanacaqlar.

Onu da qeyd edək ki, eyni məzmunlu 4-cü və sonuncu təlim 29.10.2022-ci il tarixində Bakı şəhərlərində təşkil olunacaqdır. Növbəti təlimdə MİDİB təşkilatının layihə işçi qrupu tərəfindən hazırlanmış xüsusi link vasitəsilə qeydiyyatdan keçmiş və seçilmiş tələbə və gənclər iştirak edə biləcəklər.

Təlimdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının, Bakı Mühəndislik Universtetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Sumqayıt Dövlət Universitetinin tələbələri, həmçinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Sumqayıt şəhər nümayəndəliyinin könüllü gəncləri fəal iştirak etmişdirlər.

Təlim tələbə və gəncləri maraqlandıran sualların cavablandırılması və qrup şəkli çəkdirməklə yekunlaşmışdır.

MİDİB təşkilatının İctimaiyyətlə əlaqələr şöbəsi
MİDİB Sumqayıtda  “Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı təlim təşkil olunub - FOTO
MİDİB Sumqayıtda  “Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı təlim təşkil olunub - FOTO
MİDİB Sumqayıtda  “Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı təlim təşkil olunub - FOTO
MİDİB Sumqayıtda  “Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı təlim təşkil olunub - FOTO
MİDİB Sumqayıtda  “Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı təlim təşkil olunub - FOTO
MİDİB Sumqayıtda  “Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı təlim təşkil olunub - FOTO
MİDİB Sumqayıtda  “Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı təlim təşkil olunub - FOTO
MİDİB Sumqayıtda  “Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı təlim təşkil olunub - FOTO




Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

27-10-2022, 14:00 185

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064