Alman şirkətlərinin nümayəndələri Sumqayıta gəlib



Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman və səfirliyin əməkdaşları ilə Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev ölkədə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün yaradılmış investisiya mühiti, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib.
Səfirlik əməkdaşları həmçinin, İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi barədə məlumatlandırılıb. Bildirilib ki, Mərkəzin tədris prosesində Almaniya təcrübəsindən istifadə edilir. Hazırda mərkəzdə “İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik” ixtisasında dərslər Almaniya kurikulum təhsil sistemi əsasında tədris olunur.
Azərbaycanın logistik imkanlar baxımından əlverişli ərazidə yerləşdiyini vurğulayan səfir Ralf Horlemann ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb, əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.
Görüşdə alman şirkətlərinin sənaye zonalarına investisiya yatırması, istehsal müəssisələrində alman texnologiyasının tətbiqinin genişləndirilməsi, İZİA-nın nəzdində Peşə Təhsil Mərkəzinin tədris prosesində Almaniya təcrübəsindən daha da geniş istifadə edilməsi imkanlarına dair müzakirələr aparılıb.
Sonra səfirlik əməkdaşları Peşə Təhsil Mərkəzinin fəaliyyəti, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin vərəqə şüşə istehsalı müəssisəsində istehsal prosesi ilə tanış olublar. Diqqətə çatdırılıb ki, zavodda 135 illik təcrübəyə malik “HORN Glass Industries AG” Almaniya şirkətinin texnologiyasından istifadə edilir.

1-11-2022, 16:45 172

Digər xəbərlər

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101