Sumqayıtda şəhid Nurlan Abdalovun anım mərasimi keçirilib



Bu gün 27.09.2020-ci il tarixində başlayan Vətən müharibəsi zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Abdalov Nurlan Faiq oğlunun şəhadətə ucaldığı gündür.
 
Sumqayit.tv xəbər verir ki, şəhidimiz Abdalov Nurlanın anım mərasimi Şəhidlər Xiyabanında məzarını ziyarət edilərək başlayıb, sonra isə xeyir-şər evlərinin birində ehsan süfrəsi verilərək davam edib. Tədbir şəhidlərimizin ruhlarına 1 dəqiqəlik sükutla və Azərbaycan Respublikasının Himni ilə başlayıb, həmçinin vətənpərvər ruhlu şeirlər səsləndirilib və mahnılar ifa olunub. Məclisdə İcra Hakimiyyətinin nümayəndələri, 26 və 14 nömrəli məktəblərin şagird və müəllimləri, İstedad liseyinin şagirdlər və müəllimləri, Corat Cümə məscidinin axundu Hacı Sahib Məmmədov, qohumları və şəhid ailələri iştirak ediblər.

Xatırladaq ki, Abdalov Nurlan Faiq oğlu 12.06.2000-ci ildə Sumqayıt şəhərində anadan olub. 2006-2017-ci illərdə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 2012-2015-i illərdə Sumqayıt şəhər Dostluq Mədəniyyət Mərkəzinin Rəssamlıq kursunu bitirib. 2018-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və 2020-ci ilin yanvar ayında hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmət dövründə vəzifəsi baş sürücü olmuş, ailəsinə 2 dəfə təşəkkür məktubu göndərilmişdir. Müddətdən artıq hərbi xidmət üçün yenidən ordu sıralarına yazılmış və 2020-ci il yay aylarından etibarən müddətdən artıq hərbi xidmətə başlamış və manqa komandiri baş çavuş vəzifəsinə yüksəlmişdir.

Azərbaycan Ordusunun çavuşu olan Nurlan Abdalov 27.09.2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana qarşı başlanan əks-hücum əməliyyatlarında iştirak etmiş, 2-ci Qarabağ müharibəsində mərdliklə vuruşmuş, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd uğrunda döyüşlərdə iştirak etmişdir. 3 noyabr 2020-i ildə Xocavənd uğrunda gedən qızğın döyüşlərdə şəhidlik məqamına ucalmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə",  "Laçının azad olunmasına görə", "Vətən uğrunda"  və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 

Ruhun şad olsun, Vətənimizin mərd oğlu!

Müxbir:Vəsiqə DADAŞOVA














5-11-2022, 20:44 252

Digər xəbərlər

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101