Şəhid Rəfail Hüseynovun anım günü qeyd olunub


Bu gün 27.09.2020-ci ildə başlayan Vətən müharibəsi zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri Hüseynov Rafail Teymur oğlunun şəhadətə ucaldığı gündür.
Sumqayit.tv
məlumat verir ki, anım məclisi şəhərimizin mərasim evlərinin birində keçirilib. Anım mərasimində şəhidimizin qohumları və şəhid ailələri iştirak ediblər
Qeyd edək ki, Rafail Hüseynov 01.01.2000-ci ildə Masallı rayonunun Qarğalıq kəndində anadan olub. Ədalət Vəliyev adına tam orta məktəbdə oxuyub. Həmin məktəbi 2017-ci ildə bitirib. Rafailin fiziki hazırlığı yaxşı idi. Uşaqlıqdan ermənilərin millətimizə qarşı törətdiyi cinayətlərlə barışmayıb. Xalqımızın soyqırıma məruz qalması, torpaqlarımızın işğalı onda hərbi peşəyə maraq oyadıb. Ona görə hərbçi olmaq istəyib. 2018-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb. Sonra XTQ kursuna könüllü yazılıb. 6 aylıq kursdan sonra kiçik gizir rütbəsində çalışmağa başlayıb. Az yaşı olmasına baxmayaraq XTQ-yə qəbul edilib. 398 nəfər kurs iştirakçısından yalnız 28-i seçilib. Onlardan biri də Rafail olub. Rafail ailəsinə bağlı olub, onların arzularını reallaşdırmağa çalışırdı. İstəyi isə müharibənin başlaması, özünün də döyüşlərdə iştirak edib, torpaqlarımızı yağılardan azad etməsi idi. O döyüş yoldaşları ilə Füzulinin kəndlərini alıblar. Ondan sonra Şuşaya tərəf gediblər. 12-13 saat yolda olublar. Şuşanın Daşaltı kəndinin yanında meşəlikdə 3 gün gözləyiblər. Gecə saatlarında Şuşaya giriblər. Şuşa-Laçın yolunda 4-5 saat atışma olub. Bütün bunları danışan döyüş yoldaşı Şuşanın girəcəyində yaralanıb, Rafail irəli gedib. Öz taborlarından tək Rafail qalıb. Başqa dəstələrə qoşulub Şuşaya hücum edib və şəhidlik məqamına ucalıb. 
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Hüseynov Rafail ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmaslna görə", "Şuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə, "Vətən uğrunda", "Cəsur Doyüşçü" medalları ilə və "Rəşadət" ordeni ilə təltif edilib.
Allah ruhunu şad etsin, İgid! 

Müxbir:Vəsiqə DADAŞOVA








6-11-2022, 21:01 370

Digər xəbərlər

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101