Şəhid Emil İsgəndərov anıldı


Bu gün (r.e.d.-dünən) 27.09.2020-ci ildə başlayan Vətən müharibəsi zamanı şəhid olan Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri İsgəndərov Emil Vaqif oğlunun şəhadətə ucaldığı gündür.
Sumqayit.tv
xəbər verir ki, şəhidimizin məclisi şəhərimizin mərasim evlərinin birində keçirilib. Anım mərasimi şəhidlərimizin ruhuna 1 dəqiqəlik sükutla və Azərbaycan Respublikasının himni ilə açılıb. Tədbirdə İcra Hakimiyyətinin nümyəndələri, Quba Daxili Qoşunların hərbçiləri və qaziləri, Hacıqabul Daxili Qoşunların hərbçiləri və qaziləri, Corat Məscidinin axundları Hacı Rauf Məhərrəmov və Hacı Sahib Məmmədov, post patrul işçiləri, qohumlar və şəhid ailələri iştirak ediblər. 
Qeyd edək ki, Emil İsgəndərov 05.09.1990-cı ildə Sumqayıt şəhərində anadan olub.
Emil İsgəndərov 2008–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə DİN Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Emil İsgəndərov 27.09.2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emil İsgəndərov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Emil İsgəndərov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah ruhunu şad etsin, Qəhrəman! 

Müxbir: Vəsiqə DADAŞOVA













7-11-2022, 20:15 248

Digər xəbərlər

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101