Özünə şəhidlik arzulayan şəhid


Təəssüf ki heç bir müharibə nə itkisiz, nə qansız olmur. 30 ilə yaxındır mənfur düşmənlərin tapdağı altında qalan torpaqlarımız 44 gün müddətində öz canı bahasına vuruşan oğullar sayəsində geri qayıtdı. Həmin o oğullardan biri də Sumqayıt şəhidi Kərbəlayi Əliyev Sərxan İslam oğludur. Bayrağa bükülüb özünə şəhidlik arzulayan şəhidimiz. 
Vaxtı ikən partalarında əyləşdiyi, uşaqlığını keçirdiyi təhsil ocağında bu gün onsuz "Sərxanlı Zəfər Yolu" adlı tədbir keçirildi. 
Tədbirdə vətənpərvər ruhlu mahnılar ifa olunub, şeirlər səsləndirilib. Liseyin direktoru Qönçə Səttarova şagirdlərə şəhidlərimizi unutmamağı, hər zaman onları yad etməklərini vurğulayıb, həmçinin şəhidimizin müəllimləri və sinif yoldaşlarıda onunla bağlı xatirələrini bölüşüblər. Sonda Qəhrəmanımız Sərxanın valideynləri Esmira xanım və atası İslam bəy tədbir  təşkilatçılarına və iştirakçılarına, körpə fidanlara öz təşəkkürlərini bildirdilər. Vələcəkdəki təhsil həyatlarında onlara uğurlar diləyiblər və öz övladları ilə qürur duyduqlarını qeyd ediblər. Bunu da qeyd edək ki, şəhidimiz Sərxanın böyük qardaşı İlham Əliyev də könüllü cəbhəyə yollanıb, torpaqlarımızın azadlığı uğrunda vuruşub və qazidir. 
Nə qədər ki insanlar bu qəhrəmanlarımızı xatırlayacaqlar, o qədər də şəhidlərimiz var olacaq və yaşayacaqlar, çünki şəhidlər unudulanda ölürlər. Biz rahat zəfər bayramımızı qeyd edək deyə, neçə ananın balasız, övladlarin isə atasız qaldığını unutmayın, unutdurmayın! Sonda yazını Sərxanın sözləri ilə yekunlaşdırmaq istəyirik: "Allahu Təala deyir ki, müvəqqəti həyatı daimi həyata dəyişməyin, əsas axirətimiz gözəl olsun..."
Qeyd edək ki, Əliyev Sərxan İslam oğlu 16.01.1998-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. 2005-ci ildə "Təfəkkür" liseyinin 1-ci sinifinə qədəmlərini qoyub. Sərxan Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27.09.2020-ci il tarixdən başlayan Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 
Ruhun şad olsun, Vətənimizin İgid oğlu!

Jurnalist: Vəsiqə DADAŞOVA



























8-11-2022, 22:16 324

Digər xəbərlər

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101