Sumqayıtda şəhid Həsənzadə Məhəmmədəlinin anım mərasimi keçirilib



Bu gün ( red-dünən) 27.09.2020-ci ildə başlayan Vətən müharibəsi zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Həsənzadə Məhəmmədəli Hörmət oğlunun şəhadətə ucaldığı gündür. Sumqayit.tv xəbər verir ki, şəhidimiz Həsənzadə Məhəmmədəlinin anım mərasimi Şəhidlər Xiyabanında məzarını ziyarət edilərək başlayıb, sonra isə mərasim evlərinin birində ehsan süfrəsi verilərək davam edib. Tədbir şəhidlərimizin ruhlarına 1 dəqiqəlik sükutla və Azərbaycan Respublikasının Himni ilə başlayıb. Mərasimdə İcra Hakimiyyətinin nümayəndələri, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, təhsil aldığı Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbinin şagirdləri və müəllim kollektivi, qohumlar və şəhid ailələri iştirak ediblər. 
Xatırladaq ki, Həsənzadə Məhəmmədəli Hörmət oğlu 01.05.1999-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonunun Qilican kəndindəndir. 2005-ci ildə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbinin birinci sinifinə daxil olub və 2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib. 2016-cı ildə qəbul imtahanlarında yığdığı yüksək bal ilə Azərbaycan Turizm və Menecment Universitetinin “Biznesin İdarə Edilməsi” fakultəsinə daxil olub. 2020-ci ildə ali təhsilini başa vuraraq, Menecment ixtisasına yiyələnib. 2020-ci ilin iyul ayında SHXÇÜDX-nin Qubadlı rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Sentyabr 27-də başlayan Vətən müharibəsinin iştirakçısı olub. Hadrutda gedən döyüşlərdə, döyüş yoldaşının yaralandığını görərək, onun həyatını xilas edib. Ağdam, Hadrut, Füzuli və Xocavən uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabr ayının 6-da Xocəvənd rayonunda gedən döyüşlərdə şəhidlik məqamına ucalıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Həsənzadə Məhəmmədəli ölümündən sonra  "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub. 

Allah ruhunu şad etsin, Qəhrəman! 

Müxbir:Vəsiqə DADAŞOVA







9-11-2022, 13:48 317

Digər xəbərlər

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101