Sumqayıtda şəhidlərin anım mərasimi keçirilib


Bu gün (red-dünən) 27.09.2020-ci il tarixində başlayan Vətən müharibəsi zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri Şamilov Fərid Mirzə oğlunun və Abışov Telman Nadir oğlunun  şəhadətə ucaldıqları gündür. 
Sumqayit.tv xəbər verir ki, Şamilov Fərid Mirzə oğlu 04.05.1999-cu ildə Sumqayıt şəhərində zəhmətkeş bir ailədə dünyaya gəlib. 2005-2016-cı illərdə Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə təhsil alır. Bütün müəllimlərin və sinif yoldaşlarının sevimlisi idi. Fərid Şamilov 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsindən həqiqi hərbi xidmətə gedib. Füzuli Haramı düzündəki hərbi hissədə ön xətdə xidmət edib. 2019-cu il yanvarın 9-da hərbi xidmətdən qayıdıb.
2020-ci ildə Tovuz döyüşlərindən sonra könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinə ərizə ilə müraciət edib. 21.09.2020-ci il tarixində hərbi xidmətə çağrılıb və Qusar rayonunda bir müddət təlimlər keçəndən sonra sentyabrın 27-də cəbhə bölgəsinə yollanıb. Füzuli istiqamətində gedən döyüşlərdə şücaətlə vuruşub. Cəbrayıl, Zəngilan, Xocavənd, Şuşa, Laçın rayonları uğrunda gedən döyüşlərdə igidlik göstərərək, vətənə layıqincə xidmət edib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Şamilov Fərid ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. 
Telman Abışov 03.10.1995-ci ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Telman Abışov 27.09.2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Telman Abışov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub.  Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Abışov Telman ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 

Ruhunuz şad olsun, Vətənimizin mərd oğulları!

Müxbir:Vəsiqə DADAŞOVA

9-11-2022, 20:33 301

Digər xəbərlər

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101