Sumqayıtda şəhid Elgin Abbaslının anım günü keçirilib


Bu gün 27.09.2020-ci ildə başlayan Vətən müharibəsi zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Abbaslı Elgin Ağayar oğlunun şəhadətə ucaldığı gündür. Sumqayit.tv xəbər verir ki, şəhidimizin anım mərasimi Şəhidlər Xiyabanında məzarını ziyarət edilərək başlayıb, sonra isə mərasim evlərinin birində ehsan süfrəsi verilərək davam edib. Tədbir şəhidlərimizin ruhlarına 1 dəqiqəlik sükutla və Azərbaycan Respublikasının Himni ilə başlayıb.  Mərasimdə İcra Hakimiyyətinin nümayəndələri, şəhidimizin təhsil aldığı 21 nömrəli məktəbin müəllim kollektivi və şagirdləri, Corat məscidinin axundu Hacı Rauf Sərdarov, qazilər, qohumlar və şəhid ailələri iştirak ediblər.
Qeyd edək ki, Elgin Abbaslı 16.05.1991-ci ildə Laçın rayonunun Dəyhan kəndində dünyaya göz açmışdır. 1992-ci ildə Laçın işğal olunduğu üçün ailəsi ilə birgə Sumqayıta köçüb. Orta təhsilini aldıqdan sonra Elgin hərbi xidmətə yollanmışdır. Uşaq yaşlarından hərbçiliyə marağı olduğundan hərbi xidmət müddəti bitdikdən sonra, 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, hərbi xidmətini davam edib. Pirəkəşküldə yerləşən hərbi hissədə tibb bölüyündə xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elgin Abbaslı 27.09.2020-ci il tarixindən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elgin Abbaslı 10.11.2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik məqamına ucalmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elgin Abbaslı ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilib. 

Allah ruhunu şad etsin, Qəhrəman! 

Müxbir:Vəsiqə DADAŞOVA










10-11-2022, 23:57 293

Digər xəbərlər

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101