Sumqayıt-Yalama dəmiryol xəttinin 48 %-i yenilənib


"Azərbaycan Dəmir Yolları" QSC ötən il yol infrastrukturunun müasirlədirilməsi istiqamətində 363 km uzunluğunda Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulmasını qrafikə uyğun davam etdirib və tikinti işlərinin 48 %-i icra olunub.
Sumqayit.tv
bildirir ki, “Report” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
"Layihənin tamamlanması gələcəkdə bu istiqamətdə daha çox yükün sürətlə və təhlükəsiz daşınmasına geniş imkanlar yaradacaq", - deyə qurum bəyan edib.
Qeyd edək ki, Abşeron yarımadasını respublikanın şimal sərhədi ilə birləşdirən Sumqayıt-Yalama dəmir yolunun ox üzrə uzunluğu 167,7 km, açılmış uzunluğu 362,8 km, o cümlədən əsas yolların uzunluğu 328,3 km, yan yolların uzunluğu 27 km, yoldəyişənlərin isə uzunluğu 7,5 km təşkil edir.
Bugünədək yolun 154,8 km-lik hissəsində yeni rels-şpal şəbəkəsi quraşdırılıb. Görülən işlər çərçivəsində dəmir yolun 142,9 km-i ilkin hərəkətə açılıb. 
İkixətli Sumqayıt-Yalama dəmir yolun bir xətti yenidən qurularkən digərində qatarlar hərəkət edir. 
Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaət, nəqliyyat vasitələrinin və infrastrukturun istismarı xərclərinə qənaət, ətraf mühitə təsirin azaldılması, təhlükəsizliyin artırılması kimi faydalar gətirəcək.

16-01-2023, 14:42 152

Digər xəbərlər

Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:35
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101