Bakı şəhərinin ardınca Sumqayıtda da avtobuslar kart sisteminə keçir.
Sumqayit.tv xəbər verir ki, 28 sentyabrdan Sumqayıt avtobuslarında kart sisteminin tətbiqinə başlanılır. Qiyməti 2 manat olan kartları sürücülərdən əldə edib, balansı isə MilliÖn aparatları vasitəsi ilə artırmaq mümkündü. Gediş haqqını təmassız ödəniş üsulu (payPass, payWave) olan bütün bank kartlarıyla da ödəmək mümkündür.