Ötən gün Sumqayıtda qəzada yaralanan qadın xəstəxanada vəfat edib.Belə ki, 1965-ci il təvəllüdlü Tamella Hümbətova xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, dünən “Hyundai” markalı mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində 16 nəfər xəsarət alıb. Onlardan doqquz nəfər stasionar müalicəyə cəlb olunub.