Sumqayıt avtobusları may ayında yenidən kart sisteminə keçəcək – RƏSMİ



Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat 5 aydan çoxdur nağd ödənişə qaytarılıb. Ötən il sentyabrın 28-dən avtobuslarda kart sistemindən istifadə edilməsinə başlanılsa da, bu natamamlıq cəmi 54 gün çəkib.

Səbəb aidiyyəti qurumların 206 avtobus üçün aldıqları 210 validator aparatının nasaz və keyfiyyətsiz çıxması olub.
Gediş haqqını ödəmək istəyən sərnişinlərin kartından əsassız yerə pul çıxılıb, ya kartları bloklanıb, ya da ekranda işləmədiyi ilə bağlı məlumat göstərilib. Nəticədə külli miqdarda yeyinti ilə yanaşı yüzlərlə vətəndaşın cibinə ziyan dəyib.
Bu səbəbdən rəsmi qurumlar Türkiyədən yeni validatorlar sifariş ediblər. 

Bəs, yeni validatorlar gətirilibmi? Sumqayıt avtobusları kart sisteminə nə vaxt keçəcək? 
Məsələ ilə bağlı açıqlamasında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov yeni validatorların hələ gətirilmədiyini bildirib:
"Avtobuslara quraşdırılan əvvəlki aparatlar bir qədər işimizə əngəl törətdi və sərnişinlər üçün problemlər yaratdı. Artıq Türkiyədən yeni və müasir tipli validator aparatları sifariş verilib. Mənə verilən məlumata görə may ayına qədər həmin aparatlar ölkədə olacaq”. 
Tofiq Saydumov Bakı ilə Sumqayıtın ictimai nəqliyyatdakı kartlarının vahid olması məsələsinə münasibət bildirməkdə çətinlik çəkib. Qeyd edib ki, Sumqayıt avtobuslarına quraşdırılacaq yeni validatorların Bakı ilə eyni və ya fərqli olacağı barədə hər hansı məlumata sahib deyil. 
Məlumat üçün bildirək ki, "Sumqayıt Nəqliyyat” MMC-nin tərəfdaşlığı ilə  Sumqayıt şəhərində ictimai nəqliyyatda kartla ödəniş sistemi ilkin olaraq  ötən ilin fevralında 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunub.
Mərhələli şəkildə avtobuslarda xüsusi cihazlar – validatorlar quraşdırılıb. Sentyabrın sonunda isə tam olaraq kart sisteminə keçilib.
Bu kartların ilk dəfə olaraq gediş haqqını təmassız ödəmə və NFC cihazları ilə ödəmə sistemini daşıyan funksiyalara malik olduğu bildirilsə də, tətbiqə başladığı gündən sərnişinlərə problem yaradıb. Türkiyədən sifariş edilən yeni validatorların bu dəfə də "Sumqayıt Nəqliyyat” MMC tərəfdaşlığı ilə baş tutacağı deyilir.
bizim.media

16-03-2022, 16:23 189

Digər xəbərlər

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101