Sumqayıt şəhərində şəhid bulağı baxımsız vəziyyətə düşüb. Belə ki, Sumqayıtın 1-ci mkr ərazisində 1-ci Qarabağ müharibəsi şəhidi Ağayev İnqilab Mahmud oğlunun adına inşa olunan xatirə bulağı diqqətdən kənar qalıb. Xatirə abidəsinə baxarkən onun uzun müddət bu vəziyyətdə qalması sezilir. Sumqayit.tv-nin müxbiri əraziyə baş çəkərək baxımsız vəziyyətə düşən bulağının fotolarını çəkib. Görəsən, aidiyyatı qurumlar bu məsələyə niyə laqeyd qalıb ?