Sumqayıtda 150 kv.m sahəsi olan kafedə yanğın olub.Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində birmərtəbəli tikilinin bacasında yağ qalıqları və havatəmizləyici qurğunun mühərrik hissəsində 3 p.m naqillər yanıb. Alov FHN əməkdaşları tərəfindən söndürülüb. Obyektin qalan hissəsi mühafizə olunub.