Sumqayıtda Gənclər təşkilatları hesabat verdi



Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Gənclər Evində şəhərin müxtəlif sahələrində fəaliyyət göstərən gənclər təşkilatları ilə 2021-ci il ərzində gənclərlə iş sahəsində görülmüş işlər, 2022-ci ildə qarşıda duran vəzifələr və prespektivlər mövzusunda görüş keçirilmişdir.

Çıxış edən Baş İdarənin gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, cəmiyyətin ən fəal hissəsi olan gənclərin respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak etdiklərini, onların elm, təhsil, mədəniyyət, idman və hərbi quruculuq sahəsində uğurlar qazanaraq ölkəmizin dünyada tanıdılmasına, vətənimizin müdafiəsinin, ərazi bütövlüyümüzün möhkəmləndirilməsinə töhfələr verdiklərini xüsusilə vurğulamış, 44-günlük Vətən müharibəsində gənclərimizin qəhrəmanlıqlarından danışmışdır. O, ölkə rəhbərinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın müddəalarının Sumqayıtda da uğurla icra olunduğunu qeyd etmiş, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəsi sahəsində problemlərin həlli istiqamətlərində görülən işlərin, gənclər təşkilatlarının fəaliyyətlərinin təkmilləşdirilməsi və qlobal çağırışlara uyğun gənclər siyasətinin formalaşdırılmasının qarşıda duran əsas vəzifələrdən olduğunu bildirmişdir.
Görüşdə çıxış edənlər Gənclər Evinin direktoru Nərgiz Nağıyeva, Sumqayıt "Asan Xidmət” Mərkəzinin könüllülər üzrə kordinatoru Jalə Əhmədova, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin psixoloqu Gülnarə Şükürova və Gənclərin Karyera və İnkişaf Mərkəzinin əməkdaşı Ləman Muradi təşkilatların fəaliyyətləri, qarşıda duran vəzifələr, tədbirlər planı, prespektivlər istiqamətində çıxışlar edərək, gənclərin təkliflərinin öyrənilməsi məqsədi ilə keçirilən tədbirlər və yeni təşəbbüslər haqqında məlumat vermişlər. Qeyd olunmuşdur ki, gənclər siysətinin müəyyən istiqamətləri, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, narkomaniya, QİCS, müxtəlif dini təriqətlərin ekstremist çağırışlarına qarşı mübarizə, gənclərin məşğulluqlarının təmin olunması günümüzdə prioritet məsələlər olaraq diqqət mərkəzində saxlanılmalıdır.
Sonda iştirakçıların təklifləri dinlənilmişdir.

6-04-2022, 16:18 206

Digər xəbərlər

Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Sumqayıt Azərbaycanın ən çox çirklənmiş ərazilərindən biri hesab olunur – Ekoloq

Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Xəzər dənizi Sumqayıt sahillərindən geri çəkilir – yeni ərazilər üzə çıxıb - VİDEO

Zərifə Quliyevanın “Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib - FOTOLAR

Sumqayıtın 12-ci mikrorayon sakinləri yol problemindən şikayətlənirlər

Sumqayıtda 16 yaşlı yeniyetmənin faciəli ölümü ilə bağlı yeni detallar üzə çıxdı

Səbinə Salmanova: Şuşa Bəyannaməsi iki qardaş dövlətin ortaq gələcəyinin yol xəritəsidir

Elnarə Akimova: Kitabxanalar kitab saxlanılan yer deyil, oxucu yetişdirən mərkəzlərə çevrilməlidir

Sumqayıtın bir hissəsində qaz kəsiləcək

Sumqayıtda 390 cüdoçu kəmər imtahanında iştirak edib - FOTO

Sumqayıt”ın yeni baş məşqçisi o olacaq

Silahlı Qüvvələr Gününə həsr olunmuş Braziliya Ciu-Citsu seminarı keçirildi-FOTOLAR

Qızıl medala gedən yol: Sumqayıtlı şagird Vəli Əliyevlə müsahibə -FOTO

Sumqayıtda reabilitasiya mərkəzi ilə bağlı cinayət işi – məhkəmə başlayır - VİDEO

Sumqayıtda mühüm addım: 76-cı məhəllə qəbirlistanlığının yolları asfaltlanır-VİDEO

Bulvardakı güllər və qazon üçün 100 min manat xərclənəcək-VİDEO

Ən çox milyarderin yaşadığı 5 ölkə - Rəqəmlər ŞOKA SALIR - VİDEO

Haqqın.az saytında rəhbər dəyişikliyi - Yeni baş redaktor Teymur Hüseynov oldu

Sumqayıtda ölümlə nəticələnən qəzanın təfərrüatları məlum oldu-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1062
Bu gün, 13:16
Bu gün, 10:15
Bu gün, 09:25
Bu gün, 09:14
Dünən, 21:42
Dünən, 18:54
Dünən, 17:32
Dünən, 14:26
Dünən, 14:12
Dünən, 11:13
Dünən, 10:19
Dünən, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
9-06-2026, 16:25
9-06-2026, 15:35
9-06-2026, 14:32
9-06-2026, 12:06
8-06-2026, 22:22
8-06-2026, 18:24
8-06-2026, 16:42
8-06-2026, 13:04
8-06-2026, 12:03
7-06-2026, 14:13
6-06-2026, 11:14
6-06-2026, 09:30
6-06-2026, 09:23
6-06-2026, 09:07
5-06-2026, 18:23
5-06-2026, 18:07
5-06-2026, 17:44
5-06-2026, 17:27
5-06-2026, 16:48
5-06-2026, 14:45
5-06-2026, 13:18
5-06-2026, 13:00
5-06-2026, 12:08
5-06-2026, 10:30
1 2 3 4 5 6 7 8 9 10 ... 1062