Tehran 2023: “Terrorçunun arxasında duran qüvvələrin məkrli planları var”


Tehrandakı səfirliyimizdə terror törətmiş şəxsi məsuliyyətdən yayındırmaq üçün İran rəsmi dairələri müxtəlif üsullara əl atır. Terrorçu Yasin Hüseynzadə psixiatriya xəstəxanasına yerləşdirilib.
Politoloq İlyas Hüseynov Globalinfo.az-a bildirib ki, səfirliyimizə qarşı cinayət əməlinin törədilməsindən bir neçə saat sonra İran polisinin verdiyi açıqlamalar həqiqətdən çox uzaq idi:
“Sanki bu cinayət ailə qarşıdurması, məişət zəminində törədilmişdi. Lakin bu gün biz görürük ki, terrorçu Yasin Hüseynzadə psixiatriya xəstəxanasına yerləşdirilib. Bu onu deməyə əsas verir ki, Tehranda törədilmiş cinayətdə məsuliyyətdən yayınmaq üçün İranın rəsmi dairələri artıq ciddi tədbirlər görürlər. Onun ruhi xəstə olması ilə bağlı iddialar həm də gələcəkdə bu şəxsin bəraət alması, cəzalandırılmaması və ya yüngül formada dırnaqarası istirahətə göndərilməsi ilə nəticələnə bilər”.

İlyas Hüseynov
Ekspert vurğulayıb ki, bu baxımdan Azərbaycan tərəfi həm də istintaq prosesində yaxından iştirak etməlidir:
“Azərbaycan-İran təhqiqat qrupu yaradılmalı, bizim müstəntiqlər və hüquq-mühafizə orqanlarının əməkdaşları işə cəlb olunmalıdır. Bu istiqamətdə rəsmi Tehranla danışıqlar, yazışmalar həyata keçirilməlidir. Çünki bu sadəcə olaraq bir cinayət hadisəsi deyil. Bu, İran-Azərbaycan münasibətlərini dərindən sarsıdan, 30 illik diplomatik münasibətlərə son qoyan, səfirlik əməkdaşlarının təxliyə olunması, diplomatik yazışmaların, diplomatik kanalların öz işinin dayanması ilə nəticələnən cinayət hadisəsidir. Buna görə də həmin şəxsə hansısa imtiyazlar vermək, onu psixi xəstə adlandırmaq, cəmiyyətdən təcrid etmək kimi addımlar tamamilə yolverilməzdir.

Bu, terrorçunun arxasında duran qüvvələrin məkrli planlarıdır və istintaqın bəri başdan getməyəcəyinə bir işarədir.
Ona görə Azərbaycan tərəfi tələb edir ki, bu işə hüquqi zəmində qiymət verilsin və nəinki cinayətkar, eləcə də onun arxasında duran sifarişçilər qanun çərçivəsində öz payını alsınlar. Lakin psixi xəstə iddiasının irəli atılması birbaşa ona dəlalət edir ki, bu şəxsi himayə edirlər və onun arxasında qüvvələr var, rəsmi Tehran da bu işləri idarə edir”.

3-02-2023, 11:02 144

Digər xəbərlər

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101