Allahın əmanəti şiddət hədəfində


Düzü hər zaman bu tip mövzularla qarşı-qarşıya qalırıq. Hər gün “Həyat yoldaşını qətlə yetirdi”, “Sevgilisini qısqanclıq zəminində öldürdü”, “İçib evə gəlib qızına qıydı” və s. kimi başlıqlarla xəbərlər televizorlarda, saytlarda, sosial şəbəkələrdə paylaşılır. Biz hər nə qədər “Qadına şiddətə yox!” desək də belə görünür ki, heç vaxt qadına şiddət bitməyəcək. Şəxsi fikrimə qalsa, əgər mən bu tip hallarda öldürülən və ya öldürəndən çox həmin şəxslərin ailələrində günah görürəm. Misal olaraq, son aldığımız və hər birimizi dərindən sarsıdan o xəbərdən danışım sizə. Hansı ki, hələ 16 yaşı dekabrda tamam olacaq qızı qısqanclıq zəminində vəhşicəsinə, boğazını kəsərək qətlə yetirən canidən xəbər vermişdik. Adı Murad Həsənov olan bu qatil 1996-cı il təvəllüdlüdür. Yəni 26 yaşı var. İlkin araşdırma zamanı məlum olub ki, Murad Həsənov qətlə yetirdiyi H.Rəcəbova ilə nişanlı olub. Baxın mənim dostlarım, tanışlarım, qohumlarım və belə neçə-neçə tanıdığım şəxslər çox xoşbəxt ailə həyatı sürürlər və həyat yoldaşı ilə arasında 9-13 yaş fərq var. Lakin bu dediyim xoşbəxt insanların heç birinin 15 yaşı yoxdur. Heç biri 15 yaşında özündən 10-12 yaş böyük insanla ailə həyatı qurmayıb və ya qurmağa məcbur buraxılmayıb. Aldığım bir məlumatı nəzərinizə çatdırmaq istəyirəm ki, qətlə yetirilən 15 yaşlı H.Rəcəbovanın təhsili yarımçıq qalıbmış. Belə ki, nənəsi onun təhsil aldığı məktəbə gedərək nəvəsinin nişanlandığını və artıq təhsilini dayandıraraq məktəbdən çıxarılmasını tələb edib. Bəlkə bu qızcığaz məktəbinə davam etsəydi, ən azından o məktəbi bitirib hər hansısa bir işlə məşğul olsaydı və evliliyə hazır olduğu bir yaşda nişanlanıb evlənsəydi, hamımızdan daha xoşbəxt olacaqdı. Ən azından nəfəs alacaqdı, torpağın altında cansız bədəni yatmayacaqdı. Bu yazını yazarkən dəfələrlə dərindən ah çəkdim və bu təəssüfümə davam edirəm. Hər zaman demişəm Allahım valideyn olmağı bacarmayan heç kəsə uşaq nəsib etməsin. Hansı ki, o uşağın həsrəti ilə yaşayan neçə-neçə ailələr var. O uşaq inanın hələ evliliyin baş hərfini belə anlamazkən, adının yaraşmadığı şəxslər tərəfindən zorlanıb. Mənim 21 yaşım var. Bircə gün valideynlərim evdə olmasa, evin bütün sistemi pozulur. Soyuducuda yeməyə min ərzaq olsa da, yenə ac qalıram. Mən bu günümdə belə ana-atama möhtacam. Yaxşı belə halda 15 yaşındakı bu körpə nə etsin? Heyf ki bu yazı 7-dən 70-yə hər kəsin əli çata biləcəyi vəziyyətdə olacaq. Yoxsa inanın həm bunları edənləri, həm də haqq qazandıranları ən vulqar ifadələrlə söyərdim. Keçək başqa bir xəbərə. Bundan təxminən 1 il öncə Lerikdə günahsız bir qadını qətlə yetirən molladan danışım bir az. Hansı ki, tək olduğunu bildiyi Z.Fərziyevanın evinə daxil olaraq onu cibindəki bıçaq ilə qətlə yetirən, sonra isə sanki heç nə olmamış kimi gedib yasında Quran oxuyaraq iz azdırmağa çalışan Murad Əsgərovun ləyaqətsiz cəsarətindən. Bəzən bu tip məsələlərdə fikrimi izah etməyə nəinki Azərbaycan dili, heç bir dil yetmir. Bəzi insanlar evlənməzdən qabaq necə ki sağlamlıq və s. məsələlər ilə bağlı arayış almalı olurlar, məncə psixoloq yoxlamasından da keçməlidirlər. Əgər onların düşüncəsində belə fikirlər aşkar olunarsa, evliliyə icazə verilməməlidir. Yoxsa bu tip xəstə düşüncəli, övladına bir “mal” gözündə baxan ailələr yarandıqca nə 15-16 yaşında körpələrin, nə də öz körpəsini qorumaq istəyərkən qətlə yetirilən günahsız xanımların ardı-arası kəsiləcək. Biz də hər gün heyifsilənərək yeni qətl xəbərləri verəcəyik. Təkcə qadının deyil, heç bir canlının yaşamaq haqqının əlindən alınmağının heç bir səbəbi və ya bəhanəsi yoxdur. Unutmayaq, Əziz Peyğəmbərimizin (s.ə.s) Vida Xütbəsində dediyi kimi: “Qadınlar sizə Allahın bir əmanətidir”

Müəllif: Şəbnəm MƏŞİYEVA

25-10-2022, 19:25 299

Digər xəbərlər

Sumqayıtın deputatı Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq tədbirlərdə iştirak edib-FOTOLAR

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumun işi Ali Məhkəmədə

Sumqayıtlıların NƏZƏRİNƏ: Bəzi ərazilərdə su olmayacaq

Sumqayıtda baş memar postu ona həvalə edilib - FOTO

Türkiyə universitetlərinin nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

Sumqayıt Regional Mərkəzinin əməkdaşı Azərbaycan çempionatında medal qazandı

Sumqayıt məktəbliləri üçün vacib xəbər: 9-cu sinif buraxılış imtahanı aprelin 26-da keçiriləcək

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da evə buraxıldı

Sumqayıtda yarımstansiyaların yaxınlığında aparılan tikinti işlərinə AYDINLIQ GƏTİRİLDİ - VİDEO

“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı

Şikayət: Sumqayıtda bataqlıqlar artıb, yağış suları çəkilmir - VİDEO

AQTA-dan Sumqayıt məktəbləri ilə bağlı ciddi açıqlama: 21 məktəbdə sanitar pozuntular aşkarlanıb

Azərbaycanda uşaqpulu verilə bilərmi? – İqtisadçıdan diqqətçəkən açıqlama

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 13:49
Bu gün, 10:51
Dünən, 23:24
Dünən, 22:50
Dünən, 18:22
Dünən, 18:17
Dünən, 18:12
Dünən, 18:06
Dünən, 15:00
Dünən, 12:56
Dünən, 12:34
Dünən, 11:25
Dünən, 10:35
Dünən, 08:00
19-04-2026, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1041