“Geyimin cazibəsi: Belqrad Etnoqrafiya Muzeyinin sərgisi” açılacaq - FOTO



Sentyabrın 17-dən Azərbaycan Milli Xalça Muzeyində “Geyimin cazibəsi: Belqrad Etnoqrafiya Muzeyinin sərgisi” açılacaq.

Milli Xalça Muzeyindən bildirilib ki, Azərbaycanla Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilmiş sərgidə Belqrad Etnoqrafiya Muzeyinin kolleksiyasından 64 eksponat nümayiş olunacaq. Serb xalqının mədəni irsini, onların keçmiş həyat tərzini özündə ehtiva edən bu nümunələr Balkan yarımadası və Orta Dunay düzənliyi ərazisində istifadə olunan, XIX-XX əsrlərə aid qadın və kişi geyimləridir. Əsasən gödəkcə və jiletlərdən ibarət olan eksponatların zəngin bədii tərtibatı, nəbati motivli rəngarəng naxışları Orta Dunay ərazisində kənd təsərrüfatının inkişafını, torpaqlarının zənginliyini, məhsuldarlığını simvolizə edir. Bunlar naxış elementlərinin, rənglərinin, biçiminin, formasının harmoniyasına görə yüksək zövqlə hazırlanmış, şəhər və kəndlərə məxsus gündəlik, həmçinin bayram geyimləri kimi xarakterizə olunan nümunələrdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Serbiya Respublikası Mədəniyyət və Media Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Belqrad Etnoqrafiya Muzeyinin təşkilatçılığı, Serbiyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə keçirilən sərgi oktyabrın 16-dək davam edəcək.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün serb xalqına aid ənənəvi tikmə naxışlarının tətbiqi ilə “özün rənglə”, fetr üzərində qaytanla sancma və sanama tikmələri üzrə ustad dərsləri keçiriləcək.
Məlumat üçün bildirək ki, Azərbaycan Milli Xalça Muzeyi və Belqrad Etnoqrafiya Muzeyi arasında 2016-cı ildən başlanan qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində bir neçə layihə reallaşdırılıb, sərgilər keçirilib.



16-09-2022, 13:49 236

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 23:18
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102