Yaponiya kəşfiyyatı Ukraynada 20-dən çox rus generalının öldüyünü bildirib


Ötən ilin fevralından Ukraynada gedən döyüşlərdə 20-dən çox rus generalı həlak olub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Nikkei” qəzeti Yaponiya kəşfiyyatının əldə etdiyi məlumatlara istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, bu qədər yüksək rütbəli zabitin ölümü Qərbdə qeyri-adi hal sayılır və Rusiya ordusunun zəifliyindən xəbər verə bilər. Materialda itkilərin siyahısı verilmir, ölənlərin adları çəkilmir.
Qeyd edək ki, son vaxtlarda dörd rus generalının ölümü ilə bağlı məlumat açıq qaynaqlarda yer alıb, “Mediazona” portalının xəbərinə görə, onlardan biri, 63 yaşlı general-mayor Konamat Botaşev hətta təqaüddə imiş. Onun Vaqner ÖHŞ-nin aviasiyasında xidmət etdiyi qeyd olunur.
Hərbi ekspertlərin fikrincə, Rusiya ordusunda generalların ölüm nisbətinin yüksək olması onların döyüş əməliyyatlarında şəxsən iştirak etmələri ilə bağlıdır. Bu, bir tərəfdən aşağı komandanlığın idarəetmə qabliyyətinin zəifliyi, digər tərəfdən isə Rusiya ordusunun çoxlu sayda yüksək rütbəli zabitlərdən ibarət strukturu ilə izah oluna bilər.
“Nikkei” qəzetinin yazdığına görə, generalların ölümü həm də Ukraynanın elektron kəşfiyyatda üstünlüyü və Rusiya ordusunun nəzarətində olan ərazilərdə yaradılmış partizan şəbəkəsinin effektiv işi ilə bağlıdır.
Yaponiyanın kəşfiyyat rəsmilərinin fikrincə, Rusiya ordusunun generalların ölümləri fonunda uğursuzluğu Çini narahat edə bilər və Pekin Moskvaya gizli şəkildə hərbi yardım göstərə bilər. Həmin yardımın konkret nədən ibarət olduğu materialda göstərilmir.


10-02-2023, 10:45 118

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101