Uşaqlar bıçaqdan tutub atalarının analarını öldürməsinə icazə vermədilər


Gədəbəydə həyat yoldaşını bıçaqlamağa cəhd edən şəxs həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Novoivanovka kəndində baş verib. Həmin kəndin sakini olan 1985-ci il təvəllüdlü İ.M. sərxoş halda arvadını bıçaqlamaq istəyib. Bunu görən onun övladları özlərini bıçağın qarşısına atıblar və kəsici aləti əlləri ilə tutaraq atalarına analarını vurmağa imkan verməyiblər. Bu zaman digər uşaq polisə zəng edərək kömək çağırıb. Hadisə yerinə gələn polislər kişinin evdə əlində bıçaqla dayandığını görüblər və onu saxlamağa çalışıblar. İ.M. müqavimət göstərsə də, o tutularaq polis şöbəsinə aparılıb.
Tutulan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.
Protokol əsasında ifadə verən 38 yaşlı şəxs törətdiyi əməli etiraf edib və hadisə vaxtı sərxoş halda olduğunu deyib:
“Fevralın 6-da iribuynuzlu heyvanımı bazara aparıb satdım və əvəzinə xırdabuynuzlu heyvan aldım. Bundan sonra sərxoş vəziyyətdə yaşadığım evə getdim, lakin həyat yoldaşım mənimlə mübahisə etməyə başladı, aramızda dava baş verdi. Mən arvadımı bıçaqla vurmaq istədim, hadisə yerinə gələn övladlarım bıçağı əlimdən almağa çalışırdı, bu zaman onlar da xəsarət aldılar. Övladlarımdan biri DİN-in “102” xidmətinə müraciət edib polis əməkdaşlarını çağırıb”.
Protokola əlavə edilmiş sənəddə qeyd edilib ki, hadisə vaxtı İ.M.-in 2006 və 2007-ci il təvəllüdlü övladları əllərindən kəsilmiş xəsarət alıblar.
Polisə zəng edən yeniyetmə atasına qanunamüvafiq olaraq cəza verilməsini xahiş edib.
Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə İ.M-ə 20 sutka inzibati həbs cəzası verilib və o, saxlanma yerinə aparılıb.

16-02-2023, 14:00 91

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101