Fransanın Milli Cəbhə Partiyasının deputatı Marin le Pen hökumətə qarşı etimadsızlıq səsverməsinə çağırıb.
APA-nın “Figaro”ya istinadla xəbərinə görə, ifrat sağçı lider bu addımı pensiya islahatlarına dair qanun layihəsinə qarşı atıb.
88 deputatın imzaladığı sənəd barədə müzakirələr 1 həftədən çoxdur aparılır. Rəsmi təqdimat isə sabah axşam saatlarında olacaq.