NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzana bilər, bu səbəbdən alyans hadisələrin belə inkişafına hazır olmalıdır.
Bu barədə cümə axşamı NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
“Biz uzun müddətə hazırlaşmalıyıq, bu, uzun illər çəkə bilər”, - deyə o, bəyan edib.
Stoltenberq əmin olduğunu bildirib ki, alyansa üzv olan 30 dövlət hələ də Ukraynanı dəstəkləməyə sadiqdir və onu silah - sursatla təmin etməyə hazırdır.
O hesab edir ki, Rusiya Federasiyasının uğuru ukraynalılar üçün faciəyə çevriləcək, həm də digər ölkələr üçün təhlükə yaradaraq beynəlxalq mübahisələrin güc yolu ilə həll oluna biləcəyini göstərəcək.
Mənbə: TASS