Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 1952-ci il təvəllüdlü Mehdiyeva Sürəyya Dədəxan qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.