“Youtube”un rəhbəri Syuzan Voyçintski postunu tərk etdiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə videohostinqin başçısı öz bloqunda yazıb.
“Mən “YouTube” rəhbəri kimi vəzifəmi tərk etmək və ailə, sağlamlıq və şəxsi layihələrə fokuslanan yeni fəsil açmaq qərarına gəldim”, - o bildirib.
Qeyd edək ki, S. Voyçitski 9 il bu postda olub.