Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən vətəndaş Xəqani Quliyevin 2019-cu il avqustun 8-də Sumqayıt şəhərində xəsarət almasına dair cinayət işi üzrə ibtidai istintaqın qeyri-obyektiv aparılması ilə bağlı informasiyalar yayılıb.Bu barədə
Sumqayit.tv-yə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
“Həqiqətə uyğun olmayan həmin məlumatlarla bağlı bildiririk ki, qeyd olunan cinayət işi üzrə ittiham aktı 2021-ci il sentyabrın 9-da Sumqayıt şəhər prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə iş üzrə təqsirləndirilən şəxslər - Bəxtiyar Fərəcov 8 il 6 ay, Sabir Əskərov 2 il 9 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Tural Sadıqov isə 1 il 6 ay müddətinə sınaq müddəti ilə şərti cəzaya məhkum edilib. Hökm Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb” – deyə məlumatda qeyd olunub.