Atlantik okeanı üzərində vurulan Çin şarı uçuşu zamanı ABŞ haqqında kifayət qədər kəşfiyyat məlumatı toplaya bilməyib.
Sumqayit.tv xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib
Ağ Ev nümayəndəsinin sözlərinə görə, o, artıq Amerika administrasiyasının ünvanına səslənən tənqidlərə kifayət qədər reaksiya verib. O vurğulayıb ki, bu hədəfin vurulması əməliyyatı zamanı nə havada, nə yerdə bir nəfər də amerikalı xəsarət almayıb./apa/