Türkiyədə dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı açıqlanıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Belə ki, açıqlanan yeni rəqəmlərə görə, Türkiyədəki son zəlzələdə ölənlərin sayı 41 156 nəfərə çatıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.
Mənbə: Haber Global