ABŞ prezidenti Co Bayden bildirib ki, bu gün Kiyevə səfəri ilə ABŞ-ın Ukraynanın demokratiyası, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini təsdiqləyir.
Sumqayıt.tv xəbər verir ki, bu barədə o, "Twitter"də yazıb.
Baydenin sözlərinə görə, son bir il ərzində Birləşmiş Ştatlar görünməmiş hərbi, iqtisadi və humanitar dəstək göstərməklə Ukraynanı qorumaq üçün Atlantik okeanından Sakit okeana qədər ölkələrin koalisiyasını yaradıb və bu dəstək hazırda da davam edir.
"Putin təxminən bir il əvvəl işğala başlayanda Ukraynanın zəif olduğuna və Qərbin parçalandığına inanırdı. Amma o, çox yanılıb”, - Bayden qeyd edib