Rusiya XİN: Avropa İttifaqı Bakının missiya ilə bağlı mövqeyinə məhəl qoymur


Rusiya Ermənistana göndərilən Avropa İttifaqı misssiyasının mülki xarakter daşıdığına şübhə edir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəsmi nümayəndəsi Mariya Zaxarova adından qurumun rəsmi internet səhifəsində avropalı müşahidəçilərin yeni missiyası ilə bağlı açıqlamasında bildirilib.
“Biz artıq Avropa İttifaqı (Aİ) Şurasının Ermənistandakı missiyasının təsis edilməsi ilə bağlı qərarını şərh etmişik.
Yeni missiyanın müstəsna mülki xarakter daşıdığını vurğulayan Avropa İttifaqının nümayəndələri qeyri-səmimidirlər. Bu, Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində baş verir. Ona görə də buna müvafiq münasibət bildirilməlidir. Təəssüf ki, biz Avropa İttifaqının və bütövlükdə Qərbin müttəfiqimiz Ermənistanda hər hansı bir vasitə ilə möhkəmlənmək səylərini ilk dəfə deyil qeydə alırıq. Biz bu cəhdlərdə Cənubi Qafqazda münasibətlərin real normallaşması maraqlarından uzaq, müstəsna geosiyasi vəziyyət görürük. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir. Bakının bu təşəbbüslə bağlı səsləndirdiyi mənfi qiymətləndirmələrə məhəl qoyulmur”, - deyə Zaxarova vurğulayıb.
Rusiya XİN-in sözçüsü əlavə edib ki, Avropa İttifaqının müxtəlif regional münaqişələrin həllində iştirak təcrübəsi birmənalı deyil:
“Çətin ki, Brüssel bu sahədə uğurları ilə öyünə bilsin. Məsələn, vasitəçilik səylərini və Aİ-nin Serbiyanın Kosovodakı missiyasını götürək. Aİ-nin Ermənistanda yeni missiya ilə bağlı qərarını qiymətləndirərkən bunu nəzərə almaq lazımdır.
Əminik ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış razılaşmalar kompleksi yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas faktoru olaraq qalır. Onların hərtərəfli həyata keçirilməsi, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, iki ölkənin ictimaiyyəti, ekspertləri, dini dairələri, parlamentariləri arasında əlaqələrin qurulması, o cümlədən sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar regiondakı vəziyyəti sağlamlaşdırmağın birbaşa yoludur. Rusiya Federasiyası buna hər cür töhfə verməyə hazırdır",- deyə Zaxarovanın açıqlmasında qeyd olunub.

21-02-2023, 10:49 226

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101