SON DƏQİQƏ! Priqojin Rusiya Müdafiə Nazirliyinə qarşı hərəkətə keçdi

“Vaqner” ÖHŞ-nin təsisçisi Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini onun şəxsi hərbi şirkətini məhv etməyə cəhddə ittiham edib və bunu vətənə xəyanətlə eyniləşdirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Priqojinin bəyanatını onun mətbuat xidməti yayıb.
Priqojinin sözlərinə görə, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov Vaqner ÖHŞ-nin hərbçilərinə döyüş sursatının verilməsini qadağan ediblər.
“Baş Qərargah rəisi və müdafiə naziri sağa-sola əmrlər yağdıraraq “Vaqner” ÖHŞ-yə nəinki döyüş sursatı verməyi, hətta hava nəqliyyatı ilə kömək göstərməyi yasaqlayıblar. Məlumata görə, onlar istehkamçı kürəklərinin qəbzini siliblər ki, uşaqlar səngər qaza bilməsinlər. Bütün bunlar “Vaqner”i məhv etmək cəhdindən başqa bir şey deyil”, - deyə Priqojin bildirib.
“Vaqner” ÖHŞ ilə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi arasında münaqişə uzun müddətdir ki, davam edir. Hələ ötən ilin dekabr ayında “vaqnerçi” döyüşçülərin Baş Qərargah rəisi Valeri Gerasimovu təhqir etdiyi video yayılmışdı. Ötən gün Priqojin Ukraynanın Donetsk vilayətində, Baxmut yaxınlığında döyüşən “Vaqner ÖHŞ” döyüşçülərinin mərmi təchizatında böhran yarandığını açıqlamışdı.
Priqojin Rusiya ordusunda mərmi çatışmazlığının olmadığını qeyd edib. “Putinin aşpazı”nın sözlərinə görə, həmin sursatın olduğu anbarlar, partiya nömrələri və hətta qutuların yerləşdiyi obyektlər ona məlumdur, lakin bütün əlaqələrinə rəğmən, bu mərmilərin Vaqner ÖHŞ-nin döyüşçülərinə çatdırılmasına nail ola bilmir.
Yevgeni Priqojinin bildirdiyinə görə, 2022-ci ilin payızında Ukraynadakı rus qrupuna general Surovikin komandanlıq edərkən “Vaqner”in mərmilərlə bağlı heç bir problemi olmayıb: “Mənim döyüşçülərim sizin ucbatınızdan ölürlər. Siz isə səhər yeməyini qızıl qablarda yeyir, qızlarınızı Dubaya dincəlməyə göndərirsiniz”.
“Vaqner”in rəhbəri son sözləri ilə qızı Yeni ili Dubayda qarşılayan müdafiə naziri Sergey Şoyqunu hədəf alıb.

21-02-2023, 17:48 199

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101