Azərbaycanda tikilən binalar neçə ballıq zəlzələyə davamlıdır? - RƏSMİ CAVAB


'Son illər ölkəmizdə tikilən çoxbərtəbəli binalar dövrün tələblərinə tam cavab verir. Hətta 8-9 ballıq zəlzələyə belə davamlıdır''.
"Ölkə.az" xəbər verir ki, bu sözləri Xəzər TV-yə müsahibəsində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseyinli deyib.
Onun sözlərinə görə, Türkiyədə baş vermiş zəlzələdən sonra Bakı sakinləri arasında narahatlıq yaranıb. Ancaq bu narahatlığa heç bir lüzum yoxdur.
Bəs son illərdə həm yeni, həm də köhnə binaların vəziyyəti yoxlanırmı?
Təyyar Hüseynli deyir ki, mütəmadi olaraq monitorinqlər aparılır. Hətta bir neçə il əvvəl istismar aktı verilmiş binalarda da təkrar yoxlama aparmaq mümkündür. Dayaqlarında hər hansı bir nöqsan aşkar edilən və ya qəzalı vəziyyətə düşən binaların siyahısı hazırlanıb rayon icra hakimiyyətləri ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilir. Bəs yeni inşa edilən binaların zəlzələyə davamlılığı necə yoxlanır?
Bildirilib ki, bina tikintisində keyfiyyətli materiallardan istifadə olunması da çox önəmlidir. Bina tikilməzdən əvvəl orda istifadə edilən beton və armaturlardan nümunələr götürülərək laboratoriyada yoxlanır. Müsbət rəy verildikdən sonra tikintiyə icazə verilir.
Tikinti norma və qaydalarındakı tələblərdən biri də binada hər bir mənzilə gün ərzində 2 saat günəş işığının düşməsidir. Ötən il Bakıda səkkizmərtəbəli binanın 21 mənzilinə günəş işığı düşmədiyindən o layihə geri qaytarılıb və tikintiyə icazə verilməyib.


22-02-2023, 13:08 118

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101