TƏCİLİ! Liderlər TƏŞVİŞ İÇİNDƏ - "III Dünya müharibəsi hər an başlaya bilər"

Rusiya-Ukrayna müharibəsi birinci ilinə qədəm qoyur. Belə bir vaxtda dünyanın diqqəti Çinin atacağı addıma yönəlib.
Sumqayit.tv
xəbər verir ki, Putinin Çinin yüksək səviyyəli diplomatı, Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Xarici Əlaqələr Komissiyasının direktoru Vanq Yi ilə görüşüb.
Bu görüşdən sonra NATO-nun baş katibi Yens Stoltenberq hərbi ittifaqın Çinin Ukraynadakı müharibəsində Rusiyaya dəstək verməyi planlaşdırdığına dair "bəzi əlamətlər" gördüyünü deyib və Pekini beynəlxalq hüququ pozacaq addımdan əl çəkməyə çağırıb.
Çinin Rusiyaya silah və digər dəstək verməyə hazır olduğuna dair hər hansı əlamətin olub-olmaması ilə bağlı suala Stoltenberq belə cavab verib:
63f6fe624e3fe1006c627241.jpg (72 KB)
“Biz onların Rusiyaya dəstək verməyi planlaşdırdıqlarına dair bəzi əlamətlər gördük və təbii ki, NATO müttəfiqləri buna qarşı xəbərdarlıq edirlər, çünki bu, baş verməməlidir. Çin Rusiyanın qeyri-qanuni müharibəsini dəstəkləməməlidir”.
Qeyd edək ki, bir müddətdir, Putinin Çindən hərbi dəstək almaq istədiyi bildirilir və hərbi analitiklər bunu “ən pis ssenari” kimi qiymətləndirirlər. Çünki bu halda həm Ukrayna müharibəsi daha qanlı mərhələyə keçəcək, həm də iki qlobal güc - ABŞ və Çin üz-üzə gələcək.
Bu vəziyyəti "qırmızı xətt" kimi xarakterizə edən "Daily Mail" qəzeti yazır: “Qanla çəkilmiş qırmızı xətt var. Çinlilər Rusiyaya silah tədarük etməyə başlasalar, o xətti keçəcəklər”.
Ukrayna lideri Zelenski bu yaxınlarda bəyan edib ki, Çinin Ukraynada Rusiyaya dəstəyi III Dünya müharibəsi demək olacaq.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp da III Dünya müharibəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq edib.
ABŞ prezidenti Co Bayden də III Dünya müharibəsinin heç vaxt bu qədər yaxın olmadığını deyib.

23-02-2023, 16:17 144

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101