Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun ayaqları tutulub.
Sumqayit.tv xəbər verir ki, bu barədə Manset.az-a açıqlamasında onun həyat yoldaşı Salatın Əhmədli deyib. O qeyd edib ki, Tağı Əhmədov Bakıda yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib.
“Tağı Əhmədovun ayaqları tam tutulub, yeriyə bilmir. Səbəbini bilmirik, amma həkimlər düzələcəyini deyir. Hazırda müalicəsi davam edir", - deyə o bldirib.