Ukraynada müharibə daha bir il davam edəcək.
APA xəbər verir ki, bunu Birləşmiş Krallığın müdafiə naziri Ben Uolles Britaniya nəşri “LBC”yə açıqlamasında deyib
O qeyd edib ki, ötən bir ildə Rusiyanın 188 min hərbçisi həlak olub və ya yaralanıb.
Ben Uolles əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin ordusunun 97%-ni istifadə etsə də, Ukraynanın tam işğalı məqsədinə nail ola bilməyib və tanklarının üçdə ikisini itirib.