“Zəlzələ fəlakəti səbəbilə dayandırılan idman tədbirləri yenidən başlayacaq”.
Bu barədə Türkiyə gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu açıqlama verib.
Nazir Kasapoğlu bununla bağlı sosial media hesabında paylaşım edib.
“Ölkəmizdə zəlzələ fəlakətindən sonra dayandırılan idman tədbirləri yenidən başlayır. İdmanın şəfaverici və birləşdirici gücünə ehtiyacımız var. Hamımız birlikdə yaralarımızı sarmağa davam edəcəyik”, - deyə o qeyd edib.