Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistana üç günlük işgüzar səfərə gedib.
APA xəbər verir ki, Yeni Dehlidə rusiyalı nazirin G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcəyi qeyd olunub.
Həmçinin Lavrov hindistanlı həmkarı Subramanyan Cayşankar ilə görüşəcək, Çin, Braziliya və digər ölkələrin tərəfdaşları ilə danışıqlar aparacaq.