ABŞ Gömrük və Sərhəd Mühafizəsi nümayəndələri sərhəd təhlükəsizliyi məsələlərində əməkdaşlıq imkanlarını müzakirə etmək üçün ötən həftə Ermənistanda olublar.Sumqayit.tv erməni mediasına istinadən bildirir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.
Ermənistana səfəri çərçivəsində adı çəkilən strukturların rəsmiləri Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan və digər rəsmi şəxslərlə görüşüb, Zvartnots beynəlxalq hava limanında və Ermənistan-Gürcüstan sərhədindəki Baqrataşen keçid məntəqəsində işlərlə tanış olub, həmçinin Ermənistan-Azərbaycan sərhədinin Arazdəyən hissəsinə baş çəkiblər.
Musavat.com