ƏSTİB Masallıda yeni layihə həyata keçirir


Martın 1-dən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin təşkilatçılığı ilə Masallı rayonunda  "Regionlarda müharibə iştirakçılarının və ailə üzvlərinin  məşğulluq problemlərinin həlli və sosial sahibkarlığa təşviqi" adlı layihəyə start verilib.
Sumqayit.tv xəbər verir ki, mart-may aylarında həyata keçiriləcək layihə çərçivəsində "Sahibkar ol” maarifləndirmə tədbirlərinin – seminarların keçirilməsi nəzərdə tutulur.
Seminarlar "Biznesə başlamaq yolları və sahibkarlıq”, "İdeyadan sahibkarlıq fəaliyyətinə”, "Sahibkarlıq fəaliyyətinin əhəmiyyəti və onun insan kapitalının formalaşmasında rolu",  "Sahibkarlıq fəaliyyəti üçün biznes-planların və investisiya layihələrinin hazırlanması qaydaları və biznesin idarə olunması”, "BMT – nin 2015-2030 – cu illər üçün təsdiqlənmiş 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən strategiyasının xüsusiyyətləri və həyata keçirilməsi mexanizmi", "İstehsal və istehlak müəssisələrinin yaradılması, əhəmiyyəti və idarə olunması”, "Menecment və marketinq”, "Rəqəmsal marketinq və onun üstünlükləri",  "Vergi və vergi güzəştləri", "Maliyyə mənbələrinə çıxış yolları; Güzəştli kreditlərin əldə edilməsi və sosial investisiyaların cəlb edilməsi metodları", "Sahibkarlıq fəaliyyətinin sığortalanması”, "Əlillərin sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasının əsasları”, "Yerli və xarici bazarlara çıxış imknalarının təminatı”, "İxracyönümlü və rəqabət qabiliyyətli məhsulların istehsalı və ixrac edilməsi yolları" və "Sahibkarlıq sahəsində mövcud qanunvericilik barədə maarifləndirmə” mövzularını əhatə edəcək. 
Layihənin məqsədi müharibə iştirakçılarının, əlilliyi olan şəxslərə aid qazilərin və digər həssas sosial qrupların müyəssər peşə hazırlığının yüksəldilməsi və onların arasında sahibkarlığın inkişafı, əlilliyi olan müharibə iştirakçılarının və digər həssas sosial qrupların (gender bərabərliyi qorunmaq şərtilə) əmək və sahibkarlıq fəaliyyətinə hazırlanması üzrə təlimlərin və maarifləndirmə tədbirlərinin (seminarların) təşkili, kreditlərə çıxış imkanlarının öyrədilməsi və fəallığın artırılmasıdır.
Layihənin ünvanlandığı əsas - birbaşa əhali qrupu müharibə iştirakçıları və əlilliyi olan qazilər və eynilə həssas sosial qrup nümayəndələrinə aid edilən şəhid ailə üzvləridir.  
Eyni zamanda, layihənin həyata keçiriləcəyi müddətdə xalçaçılıq, dərzilik, eləcə də  fotoqraf və videooperator üzrə peşə təlimləri təşkil olunacaq. Təlimləri uğurla başa vuranlar əmək bazarına yönləndirilməsi, "Özünəməşğulluq proqramı"na cəlb edilməsi nəzərdə tutulur. Bununla yanaşı, təlim iştirakçılarının bir hissəsi isə "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyi tərəfindən yaradılmış sosialyönümlü müəssisədə işlə təmin olunacaq.

2-03-2023, 16:33 177

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101