Rusiya taxıl razılaşmasından çıxır

Müqavilənin müddəti martın 18-də başa çatır, Moskva daha “ABŞ şirkətlərinin cibini doldurmaq” istəmir   

“Əgər taxıl razılaşmasının digər iştirakçıları müqavilələri bərabər əsaslarla yerinə yetirməyə hazırdırsa, Rusiya taxıl müqaviləsi üzrə öhdəliklərindən imtina etmir”. Bu barədə  martın 5-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-1” telekanalının efirində bildirib.
Mariya Zaxarova taxıl müqaviləsində iştirak edən bütün tərəflərin öz öhdəliklərinin  hamı üçün bərabər olduğunu xatırladıb.  “Bunlar təkcə bir tərəfin öhdəliyi, digər tərəfin isə fırıldaq və maxinasiyası olmamalıdır. Əgər bu razılaşma bərabərdirsə, deməli, biz həmişə üzərimizə düşəni yerinə yetirmişik və bütün razılaşmaları yerinə yetirmək niyyətindəyik”, - XİN nümayəndəsi bildirib.
1659945348.jpg (300 KB)
O, həmçinin əlavə edib ki, əgər söhbət Amerika şirkətlərinin “ciblərini doldurmaqdan” gedirsə, bu, ABŞ dövlət katibi Entoni Blinkenin hiylələrinə bənzəyir. "Əgər yeni müqavilə  yenə fırıldaqdırsa, onların taxıl ehtiyaclarını ödəmək üçün növbəti cəhddirsə və biz bu nümunələri əvvəlki sövdələşməsində də görmüşük ", - Zaxarova yekunlaşdırıb.
 Musavat.com yada salır ki, martın 5-də  BMT-nin Ümumdünya Ərzaq Proqramının  icraçı direktoru Devid Bisli taxıl müqaviləsinin müddətinin uzadılmasına çağırıb. Onun sözlərinə görə, taxıl müqaviləsinin uzadılması zərurəti dünyada davam edən münaqişələr, koronavirus pandemiyası, iqlim dəyişikliyi və Türkiyə və Suriyadakı zəlzələ  diktə edir. O, həmçinin xəbərdarlıq edib ki, taxıl müqaviləsinin müddətinin uzadılmasa, bu, dünyada sabitliyin pozulmasına, miqrasiya axınına və dünya aclığına gətirib çıxaracaq.
Martın 3-də taxıl müqaviləsinin müddətinin uzadılması ilə bağlı danışıqlarda dalana dirəndiyi bəlli olub.  Rusiya Xarici İşlər Nazirliyi taxıl sazişinin Qərb ölkələri tərəfindən sabotaj edildiyini açıqlayıb. Nazirliyin  bəyanatına görə, müqavilənin bağlanmasından səkkiz ay keçməsinə baxmayaraq, razılaşmanın Rusiyaya aid hissəsi icra edilmir, bu ölkəyə öz məhsullarını xaricə çıxarmağa imkan verilmir,  Ukrayna isə  məhsullarının ixrac edir. 
u-9.jpg (105 KB)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da son açıqlamalarında da Qərbi  ölkəsinin kənd təsərrüfatı məhsullarının dünya üzrə ixracına maneələr yaratmaqda ittiham edib. Martın 1-də ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Vaşinqton Moskvanı martın 18-də başa çatacaq taxıl müqaviləsini uzatmağa çağırır. O qeyd edib ki,  ABŞ  müqavilənin uzadılmasına mane olan heç bir obyektiv səbəb görmür.
Qida müqaviləsi 22 iyul 2022-ci ildə İstanbulda bağlanıb. Daha sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu və BMT-nin baş katibi Antonio Quterreş Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına çıxarılmasının asanlaşdırılmasına dair memorandum imzalayıblar. Eyni zamanda, Ukrayna nümayəndə heyəti Türkiyə və BMT ilə taxıl ixracına dair müqavilə imzalayıb.
Müqavilə 18 noyabr 2022-ci ildə başa çatdı, lakin avtomatik olaraq 120 gün uzadıldı. Müqavilənin müddəti isə 2023-cü il martın 18-də başa çatır. 

6-03-2023, 11:01 84

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101