Böyük Britaniya Xüsusi Təyinatlı Qüvvələri hərbçilərinə TikTok-dan istifadə etməyi qadağan edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qadağanın təhlükəsizlik məsələləri ilə bağlı olduğu deyilir.
Buna səbəb olaraq TikTok-dakı məlumatların Çin və Rusiya kimi ölkələrə ötürülə biləcəyi ehtimal edilir.