Güləşçilərimiz beynəlxalq turnirdə dörd medal qazandılar


Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirə turniri sona çatıb.
Sumqayit.tv
Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, turnirdə 86 kiloqram çəki dərəcəsində yer alan sərbəst güləşçilərimiz dörddəbir finaladək iki qələbə qazanıblar. Orxan Abasov ABŞ təmsilçiləri Kuentin Peres (13:5) və Ceyms Morqan (13:1) üzərində inamlı qələbə qazanıbsa, Abubakr Abakarov polşalı Filip Roqut (7:1) və gürcüstanlı Zaur Beradzeni (2:2) üstələyib. Güləşçilərimiz dörddəbir finalda üz-üzə gəliblər və A.Abakarov güclü olub – 7:0. Ancaq təmsilçimiz yarımfinalda türkiyəli Fatih Erdinlə görüşdə zədələndiyi üçün yarışdan çəkilmək məcburiyyətində qalıb.
Yarışda 125 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçilərimiz dörddəbir finalda bir-biri ilə qarşılaşıb. Rahid Həmidli Georgi Meşvildişviliyə müqavimət göstərə bilməyib – 0:10. G.Meşvildişvili yarımfinalda amerikalı Ryan Valza da heç bir şans tanımayıb – 11:0. Həlledici görüşdə iranlı Mustafa Tağanini 7:2 hesabı ilə üstələyən güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qaxıb. R.Həmidli isə bürünc medal uğrunda görüşdə R.Valzla bacarmayıb - 1:3.
Həftəsonu qadın güləşində iki təmsilçimiz çıxış edib. Türkan Nəsirova (50 kq) ilk mərhələdə bolqarıstanlı Miqlena Selişkaya 2:4 hesabı ilə məğlub olub. Əvəzində Mariya Stadnik M.Selişkanı vaxtından əvvəl xalçadan məyus yola salıb – 10:0. Millimizin lideri yarımfinalda Şimali Makedoniyanı təmsil edən Veronika Ryabovolovaya da eyni hesabla qalib gəlib. Finalda qazaxıstanlı Svetlana Ankiçevayla qarşılaşan M.Stadnikə qələbə üçün cəmi 35 saniyə kifayət edib – 10:0.
Beləliklə, güləşçilərimiz bu yarışı 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. Xatırladaq ki, daha öncə sərbəst güləşçilərdən İntiqam Vəlizadə (61 kq) gümüş, İbrahim Yusubov (92 kq) isə bürünc medal qazanmışdı.
Güləşçilərimiz beynəlxalq turnirdə dörd medal qazandılar

6-03-2023, 15:32 120

Digər xəbərlər

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102