Azərbaycan Müdafiə Nazirliyindən Rusiyaya sərt cavab və Laçının giriş qapısını qapatmaq zamanı

Rusiya Müdafiə Nazirliyi 5 martda baş verən hadidə barədə bir gün sonra məlumat yaydı, özü də erməni separatçı-terrorçu dəstələrinin mövqeyindən çıxış edərək. Ermənistan mediasının manşetlərindən düşməyən məlumatda Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin “Dağlıq Qarabağın hüquq-mühafizə orqanlarının əməkdaşları”nın avtomobilini “atəşə tutduğu” iddia olunub. Ardınca da bildirilib ki, toqquşma Rusiya sülhməramlılarının səyi ilə dayandırılıb.
Təkcə bu məlumata görə Volkovu başının dəstəsi ilə birlikdə gəldiyi yerə qovmaq lazımdır! Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə və Xarici İşlər nazirliklərinin son açıqlamalarına bu şəkildə cavab veriblər. Martın 5-də Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdiyi ərazidə, Xəlfəli kəndi istiqamətində separatçıların silah daşınmasının qarşısını alarkən Azərbaycan hərbçilərinə atəş açılmış, nəticədə hər iki tərəf itki verib. Rusiya heç olmasa faktı olduğu kimi təqdim etmək əvəzinə, separatçıların diliylə danışıb: “Dağlıq Qarabağ”, “hüquq-mühafizə orqanlarının əməkdaşları”, “Azərbaycan hərbçiləri atəş açıb”.
Həysızlığa baxın, Rusiyanın baş diplomatı Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasının nəzərdə tutulmadığını iddia etdiyi halda, Xankəndiyə gizli yolla silah daşıyan erməni terrorçularını “pasport və viza” xidməti həyata keçirən “polis əməkdaşları” kimi təqdim edirlər. Hansı pasport, hansı viza? Azərbaycan ərazisinə qanunsuz girib-çıxanlar kimə pasport, viza verir? Rusiya Müdafiə Nazirliyi də erməni terrorçularının cəfəngiyyatını malalamaqla məşğuldur.
2020-ci il 10 noyabr üçtərəfli bəyanatını pozaraq, qanunsuz erməni silahlı birləşmələrini, faktiki olaraq Ermənistana məxsus hərbi qüvvələri Qarabağdan dərhal çıxartmaq əvəzinə, onları üçüncü ildir himayə edən Rusiya öz davranışları ilə gərginliyi tətikləyir. Sonuncu halda günahını etiraf etmək, separatçıların qulağından tutub, Gorus tərəfə tullamaq əvəzinə, ÖZ ƏRAZİSİNDƏ (!!!) itki verən Azərbacan ordusunu günahlandırır!
Guya ki, faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı Ermənistan və Azərbaycan tərəfləri ilə birgə araşdırma aparırmış. Anlaşılmır, Azərbaycan ərazisində baş verən terror hadisəsinə görə Ermənistan niyə araşırmalara cəlb edilir? Məgər Basarkeçərdə 15 hərbçinin yanması ilə nəticələnən hadisəyə görə Azərbaycan tərəfi ilə birgə araşdırma aparıldı? Bu, nə anormallıqdır belə?
Rusiya Müdafiə Nazirliyi və onun Qarabağdakı hərbi kontingentinin komandanlığı Rusiya və Azərbaycan prezidentlərinin 2022-ci ilin fevralında imzaladığı müttəfiqlik müqaviləsinin bir neçə maddəsini pozur. Xatirladaq: Maddə-1: Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.
Maddə 11: Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.
Maddə 18: Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər.
Diqqət edin, bu maddələr kobud şəkildə pozulur. Rusiya hərbi kontingentinin gözü qarşısında separatçılar gizli yollarla silah-sursat, mina daşıyır Qarabağa, bu bölgə terror yuvasına çevrilib, sərvətlərimiz talanmaqda davam edir, dövlət suverenliyimizə qarşı açıq şəkildə təhdidlər səsləndirir Xankəndidəki terrorçu rejim. Qarabağdakı silahlılar elə rus əsgərlərinin blok-postlarının yanında s“arsax” rejimin əski parçasını asır, səngər qazır, kameralar quraşdırır, Azərbaycanın mövqelərini atəşə tuturlar. Dəfələrlə Azərbaycan tərəfdən Rusiyaya xəbərdarlıq edilib, 10 noyabr öhdəliyinə əməl edilməsi istənilib, amma Rusiya nəinki bu öhdəliyinə əməl etməyib, hətta bizə acıq verirmiş kimi, “Stepanakert”, “Dağlıq Qarabağ”, “Mardakert”, “Martuni” kimi idbar yarlıqlardan da imtina etməyib.
Sonuncu halda da eyni cür davrandılar və nə yaxşı ki, Azərbaycan Müdafiə Nazirliyinin Rusiya MN-yə cavabı özünü çox gözlətmədi. “Təəssüf hissi ilə qeyd edirik ki, martın 6-da Rusiya Federasiyası Müdafiə Nazirliyi dünən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktları təhrif etmiş və həqiqəti əks etdirməyən məlumat yaymışdır”-Rusiyaya ünvanlanan cavabda deyilir. O da bildirilir ki, erməni separatçıların “pasport və viza" xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyil.
“İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat da həqiqəti əks etdirmir. Şəhidlərimizin və yaralı hərbçimizin ərazidən təxliyəsi hərbi qulluqçularımız tərəfindən həyata keçirilmişdir.
Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, təminat və digər hərbi vasitələrin daşınması davam etdirilir, eləcə də şəxsi heyətin rotasiyası həyata keçirilir. Bu kimi qəbuledilməz halların qarşısının dərhal alınması məqsədilə Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməlidir”. Kifayət qədər ciddi mövqedir. Həm də heyrətamizdir. Belə məlum olur ki, erməni quldurların yarasını sarıyan rus hərbçilərin yaralılarımızın və şəhidlərimizin atəş zonasından çıxarılmasında iştirakı olmayıb. Rus hərbçilərin başı terrorçuların yarasını sarımağa qarışıbmış. Görəsən, hər silah paertiyasının keçidi zamanı nə qədər qoparırmışlar, Arutyunyan rejimindən?!
Azərbaycan Müdafiə Nazirliyinin cavab bəyanatındakı son hissə artıq Ermənistan-Azərbaycan sərhədində, Laçın yolunun giriş qapısında sərhəd-buraxılış məntəqəsinin qurulması barədə qərarın verilməsinin qaçılmaz olduğunu göstərir. “Baş vermiş hadisələr və Ermənistanın ölkəmizin suveren ərazilərinə qanunsuz hərbi daşımaları davam etdirməsi Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyini bir daha təsbit edir”.
Başqa cür də ola bilməz. Azərbaycan kifayət qədər səbr etdi. Amma nə separatçılar ağıllandı, nə də rus hərbi kontingentin rəhbərliyi insafa gəldi. Şəhadətə qovuşan igid əsgərlərimizin ruhunu şad etmək üçün Laçının giriş qapısı qapanmalıdır, vəssalam! Üstəlik, heç bir sənəddə, o cümlədən 10 noyabr bəyanatında “Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış, yaxud gömrük məntəqəsi yaradılmayacaq” bəndi yer almayıb. Qapısını möhkəm bağlamaq Azərbaycan dövlətinin müstəsna hüququdur, kimsə bu hüquqa burun soxmaq istəsə, ağzı ovular, 5 martda Xəlfəlidə UAZ-ları ilə birgə aşsüzənə dönən terrorçular kimi...
 
 Elşad Paşasoy Musavat.com

7-03-2023, 10:09 87

Digər xəbərlər

“Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib-FOTO

İlham Əliyev Sumqayıtın inkişafında xidmətə görə bir qrup şəxsi təltif etdi

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

1 2 3 4 5 6 7 8 9 10 ... 903
23-11-2024, 17:05
23-11-2024, 16:33
22-11-2024, 18:05
22-11-2024, 17:37
22-11-2024, 12:39
22-11-2024, 12:32
22-11-2024, 11:50
22-11-2024, 11:41
22-11-2024, 11:34
22-11-2024, 11:31
22-11-2024, 10:24
22-11-2024, 10:10
22-11-2024, 10:00
22-11-2024, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
1 2 3 4 5 6 7 8 9 10 ... 903