Ukrayna Prezidenti Vladimir Zelenski Təhlükəsizlik Xidmətində kadr dəyişikliyi edib.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin saytında məlumat yer alıb.
Aleksandr Yakuşev departament rəhbərinin müavini vəzifəsindən azad edilib.
Həmçinin Sumı vilayətinin Təhlükəsizlik Xidmətinn rəhbəri Eduard Fedorov vəzifəsindən azad edilib, onun yerinə Oleq Krasnoşapka təyin olunub.
Zelenskinin digər fərmanı ilə Boris Bezrukiy Zaporojye vilayətində təhlükəsizlik xidmətinin baş ofisi rəhbərindən azad edilib.