Xərçəng xəstəsi Baydenin 2-ci prezidentlik iddiası – fələk sayır, bəs təbabət...

Fərəc Quliyev: “ABŞ-da hətta prezidentin özü olmayan hallarda belə hər şey saat mexanizmi kimi işləyir”

Onkoloq Sevinc Abdiyeva: “Əgər bazal hüceyrəli xərçəngdirsə, o əsla yaşama göstəricisinə təsir etmir”

Xəbər verildiyi kimi, ABŞ Prezidenti Cozef Bayden uğurla əməliyyat olunub, onun dərisində bədxassəli şiş çıxarılıb. Bu barədə onun həkiminə istinadən “Reuters” agentliyi məlumat yayıb. Həkimin sözlərinə görə, fevral ayında aparılan biopsiya Amerika liderində bazal hüceyrəli karsinomanın (dəri xərçəngi – red.) olduğunu təsdiqləyib. Bayden müəyyən müddət dermatoloqun nəzarətində olacaq.
Adətən dövlət başçılarının, xüsusən də avtoritar və qapalı rejimli ölkələrin rəhbərlərinin xəstəlikləri gizli saxlanılır. ABŞ–da isə belə praktika yoxdur. Artıq məlumdur ki, Bayden 2024-cü ildə (82 yaşda) da ABŞ prezidenti namizədliyini verməyi düşünür. O zaman bu bədxassəli şiş ona şans tanıyacaqmı?
Dəri xərçəngi nə dərəcədə ölümcüldür və bir siyasət adamının ömrünə, intellektinə, psixikasına, iş qabiliyyətinə hansı təsirləri buraxa bilər? Ömrü təbii ki, Allah verir, amma 80 yaşlı Bayden 1-ci prezident müddətini başa vura biləcəkmi? Bu qəbil xəstələrlə bağlı statistika nə deyir?
İxtisasca həkim olan sabiq deputat Fərəc Quliyev mövzu ilə “Yeni Müsavat”a dedi ki, bu Baydenin şəxsi həkiminə bağlı məsələdir:
af711c300f71672f875d80b66e8afaca.jpg (260 KB)
“Əslində xəstəliyin çox ciddi fəsadı yoxdursa, zehni fəaliyyətə ciddi təsiri yoxdursa, bunun bir siyasətçinin fəaliyyətinə ciddi təsiri yoxdur. Misal üçün, prezidentlər olub ki, oturaq həyatı sürüb, amma prezident kimi fəaliyyətini davam edib. Hər halda Amerika kimi dövlətdə hətta prezidentin özü olmayan hallarda da hər şey saat mexanizmi kimi işləyir. İnstitutlaşmış, oturuşmuş bir dövlətdir. Prezident az məsələni həll edib. Son qərarları ifadə edən birisidir. Hətta özü icra etmir, icraçı ilə bunu formalaşdıranlar arasında bir vasitəçidir. Ona görə Amerika kimi dövlətlərdə bu çox da narahat doğuran bir məsələ deyil. Əlbəttə, sağlam, cavan adamla yaşlı, xəstə birini müqayisə etmək olmaz. Baydenin fəaliyyətinə baxanda da gah deyirlər, təyyarənin pilləkənlərində yıxıldı, gah da stula doğru əyləşə bilmədi. Amma onun fəaliyyətinə baxın, olduqca dürüst qərarlar qəbul edə bilir. Rusiya Ukrayna müharibəsində tutduğu mövqelər, Qərb koalisiyasını bir yerə gətirmək bacarığı, müxtəlif məsələlərdə Amerikanın mövqeyini möhkəmləndirmək bacarığı, bunlar rahat həll olunacaq məsələlər deyil. Bayden iddialı adamdır. Hansı xəstəlik olsa da, hazırda müasir tibbin qarşısında aciz deyil. Həm də dəri xəstəliyi çox ciddi xəstəlik sayılmaz. Ona görə mən hesab etmirəm ki, bu xəstəlik prezident olan adama, onun iddialarına təsir etsin. İkinci amil odur ki, Amerika kimi dövlətdə bu təhlükə sayılmır. O zaman təhlükəli olar ki, qərarları birinci adam verir, bütün dövləti idarə edir. Məsələn, Şimali Koreya kimi dövlətdə. Nəhayət, üçüncü amil, Baydenin fəaliyyətinə nəzər saldıqda kifayət qədər aydın, dürüst fəaliyyət görürük. Onu əvəz edə biləcək adamlar var, biri getsə, dərhal onu əvəz edəcək adamlar var. Hesab edirəm ki, çox ciddi fəsad olmasa, Bayden növbəti seçkilərdə iddiasından belə geri qalmayacaq. Ona görə mən düşünmürəm ki, Amerika siyasətində bu amil təsirli olsun”.
Onkoloq Sevinc Abdiyeva mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dəri xərçənginin intellektə, insanın ümumi vəziyyətinə heç bir təsiri yoxdur:
“Yalnız baş-beyinə metostotik proseslərdə elə bir dəyişiklik baş verə bilər. Dəri xərçənginin üç növü var, melanoma olmayan dəri xərçəngi, bazal hüceyrəli karsinoma, Skuamöz hüceyrəli karsinoma. Onlar da aqressivlik gedişinə görə fərqlidir. Yaşama göstəricisi də bir çox səbəblərdən asılıdır. Eyni zamanda, onun növündən, mərhələsindən və hansı dövrdə müalicə taktikasına baxmasından asılıdır. Yaşama göstəricisi ilə bağlı onda elə bir problem olmamalıdır. Əgər bazal hüceyrəli xərçəngdirsə, o əsla yaşama göstəricisinə təsir etmir”.
Qeyd edək ki, hüceyrələrin anormal inkişafı kimi daha yaxşı müəyyən edilən dəri xərçəngi çox vaxt günəşə həddindən artıq məruz qalma nəticəsində yaranır, bununla belə digər amillər də nəzərə alınmalıdır. Bədxassəli şişlərin üç əsas növü var, adı təsirlənmiş dərinin təbəqəsindən asılı olaraq dəyişir: bazal hüceyrəli karsinoma, melanoma və Skuamöz. Melanoma ən nadir, eyni zamanda ən ölümcüldür, çünki metastaza daha çox meyllidir. Dərinizi müntəzəm olaraq anormal dəyişikliklərə görə yoxlayaraq, xərçəngi erkən aşkarlamaq olar. Dəri xərçəngi bütün bədəndə inkişaf etsə də, daha çox günəşə məruz qalan yerlərdə əmələ gəlir. Günəş işığından gələn ultrabənövşəyi şüalar dəri hüceyrələrinin DNT-sini zədələyir və onları xərçəngə çevirir. Bu səbəbdən, baş dərisi, üz (xüsusilə burun), qulaqlar, boyun, sinənin yuxarı hissəsi, ön qollar və əllər kimi bədənin açıq hissələrinin müayinəsinə daha çox vaxt sərf olunur. Qəribə əlamətlərə və qüsurlara, xüsusən də yeni formasiyalara diqqət yetirilməlidir. Müəyyən hissələrin daim günəş şüasının düşməsinin qarşısını almaq yaxşı bir fikirdir, lakin bəzi açıq işlərin görülməsi işləri çətinləşdirə bilər. Hər zaman üzünüzü örtə bilmirsinizsə, ultrabənövşəyi şüaların qarşısını alan çox yüksək qoruyucu faktorlu günəş kremindən istifadə edin. Qadınlar ətək, şort və qolsuz köynək geyindikləri üçün adətən ayaqlarında və qollarında dəri xərçənginə daha çox meyllidirlər. Dəridə qəribə ləkələrin olub-olmadığını yoxlamaq lazımdır, şübhə olduqda həkimə müraciət etmək lazımdır. Bazal hüceyrəli karsinoma (BCC) isə ən çox rast gəlinən dəri xərçəngidir. Adətən baş və boyun kimi günəş işığına ən çox məruz qalan bölgələrdə baş versə də, nadir hallarda bədənin hər hansı bir nahiyəsində də inkişaf edə bilər. BCC dəridə müxtəlif əlamətlərlə özünü göstərir. Yavaş böyüyür, sulana və qabıqlana bilir, asanlıqla qanaxmağa meyllidir. Dəridə bu xüsusiyyətlərdən birinə malik olan törəmə və ya sağalmayan yara varsa dərhal dermatoloqa müraciət edilməlidir. Törəmənin və ya yaranın sizə problem, ağrı və ya qaşınma verməsi fərq etməz. Dəri xərçənginin dəqiq diaqnozu dərinizdən biopsiya alınaraq patoloji müayinə ilə qoyulur. BCC-dən şübhələndiyiniz zaman və dermatoloqa müraciət etdikdə həkimin müayinsinədən sonra biopsiya olub-olmamağa qərar verir. Biopsiya lokal anesteziya ilə həyata keçirilən asan bir prosedurdur. Yerli anesteziya ilə nahiyə anesteziya edildikdə həkiminiz xəstə nahiyədən kiçik bir dəri parçası götürür və bu parça mikroskop altında araşdırılır və diaqnoz qoyulur.

musavat.com

7-03-2023, 12:18 195

Digər xəbərlər

“Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib-FOTO

İlham Əliyev Sumqayıtın inkişafında xidmətə görə bir qrup şəxsi təltif etdi

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

1 2 3 4 5 6 7 8 9 10 ... 903
23-11-2024, 17:05
23-11-2024, 16:33
22-11-2024, 18:05
22-11-2024, 17:37
22-11-2024, 12:39
22-11-2024, 12:32
22-11-2024, 11:50
22-11-2024, 11:41
22-11-2024, 11:34
22-11-2024, 11:31
22-11-2024, 10:24
22-11-2024, 10:10
22-11-2024, 10:00
22-11-2024, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
1 2 3 4 5 6 7 8 9 10 ... 903