Bir çox ölkələrdə Tviter sosial şəbəkəsinə daxil olmaqda problemlər yaşanıb.“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, istifadəçilər səhər saatlarından etibarən həmin halla qarşılaşıb.
Həmçinin, sosial media platformasında bir çox şəxs bağlantı və şəkillərə də daxil ola bilməyib.
Baş verən problemlə bağlı tviter rəsmiləri açıqlama verib:
"Hazırda bu məsələ üzərində işləyirik və etdiyimiz dəyişiklərlə bağlı məlumat paylaşacayıq".
Məsələnin hazırda həll olunduğu bildirilir.