Rusiyada Moskvanın Basman rayon məhkəməsi ötən ilin oktyabrında Krım körpüsündə törədilmiş terror aktı ilə bağlı iş üzrə təqsirləndirilən şəxslərin, o cümlədən Ermənistan vətəndaşı Artur Terçanyanın həbs müddətini aprelin 12-dək uzadıb.
APA xəbər verir ki, bu barədə
TASS-ın məhkəmə zalındakı əməkdaşı bildirib.
Qeyd olunub ki, qəbul olunan qərarda həmçinin iki Rusiya vətəndaşının - Artyom və Qriqori Azatyanovların, iki Ukrayna vətəndaşının - Roman Solomko və Vladimir Zlobanın nəzaərət altında saxlanılması da qeyd olunub.