Avropa İttifaqı-Rusiya əlaqələri barədə SENSASİON FAKTLAR: 2022-ci ildə...


2022-ci ildə Avropa İttifaqı Ukraynanı işğal etdiyinə görə Rusiyaya əmtəə ixracını 30%-dən çox azaldıb. Bu, 2012-ci ildən bəri ən aşağı səviyyə sayılır.
Musavat.com xəbər verir ki, bununla bağlı “Eurostat” məlumat yayıb.
Məlumata əsasən, Aİ-dən Rusiyaya mal ixracı il ərzində 38% azalaraq 55,2 milyard avro təşkil edib (2012-ci ildə bu rəqəm iki dəfə yüksək olub). Xüsusilə avadanlıq və nəqliyyat vasitələrinin ixracı 59%, digər sənaye mallarının ixracı 39% azalıb. Qida və içkilərin ixracı dəyişməz qalıb.
Maraqlıdır ki, eyni zamanda, Avropa İttifaqının Rusiyadan idxalı il ərzində 24% artaraq 203,4 milyard avro təşkil edib. Bu isə son 10 il ərzində ən yüksək rəqəm deməkdir (2012-ci ildə 203,6 milyard avro). Burada enerji idxalının rekord – 42% artması diqqəti cəlb edir. Məlum olub ki, enerji sanksiyaları ərəfəsində Aİ ölkələri neft tədarükünü və maye qazın idxalını kəskin şəkildə artırıb.
Rusiya 2022-ci il fevralın 24-dən Ukraynada işğal savaşı aparır. Buna cavab olaraq, ABŞ və Avropa müntəzəm şəkildə Rusiya təşkilatları ilə əməkdaşlığı qadağan edən və ya məhdudlaşdıran sanksiyalar tətbiq edir. “Kommersant” qəzetinin yazdığına görə, il ərzində 2,9 min Rusiya mənşəli hüquqi şəxs və təşkilat sanksiyalara məruz qalıb. İdxal məhdudiyyətləri Rusiya biznesi üçün əsas problemə çevrilib: xarici şirkətlər xammal, komponentlər, ehtiyat hissələri və avadanlıq tədarük etməkdən imtina edirlər.
Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərbin 1200-dən çox şirkəti Rusiyada fəaliyyətini məhdudlaşdırıb, onlardan 519-u ölkəni tamamilə tərk edib.
2022-ci ildə Rusiya ilə onun əsas ticarət tərəfdaşı olan Çin arasında ticarət dövriyyəsi rekord həddə çatıb. Çindən Rusiyaya ixrac 12,8% artaraq 76,1 milyard dollara çatıb. Rusiyadan Çinə ixrac 43,4% artaraq 114,2 milyard dollar təşkil edib. Bunun əhəmiyyətli bir hissəsi, treyderlərin bildirdiyinə görə, Rusiya tərəfindən 30%-ə qədər endirimlə satılan enerji məhsullarıdır.

7-03-2023, 16:44 106

Digər xəbərlər

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102