"Ərdoğan mənlə danışmaq üçün..." - Akşenerdən gündəmi silkələyən AÇIQLAMALAR

Türkiyənin müxalif İYİ Partiya sədri Meral Akşener "Millət İttifaqı"nı tərk etməsi və daha sonra geri dönməsi ilə müşayiət olunan 2 günlük zaman kəsiyində baş verənlərdən danışıb.
"HaberTürk"də jurnalist Fatih Altaylının verilişinə qonaq olan Akşener ittifaqı tərk etməsi ilə bağlı açıqlama verdiyi brifinqdəki nitqinin sərt olmasına aydınlıq gətirib.
"Sərt idi və sərt olmalı idi. O mətni mən özüm yazmışam. 28 ildir aktiv siyasətlə məşğulam. Sərt olaraq ifadə edilsə də, konkret olmasına diqqət yönəltdim. Çox konkret idi, bəli. Qədərindən artıq konkretlik insanları əsəbiləşdirə bilər", - deyə o söyləyib.
Akşener Kılıçdaroğlunun hiddətlənərək ayağa qalxması məsələsinə də toxunub. "Heç kim ayağa qalxmamışdı. Amma gərginlik yaşanmışdı. Mən fikrimi açıq və net söyləmişdim. Davutoğlu və Babacan araya girib ortalığı sakitləşdirdi. Amma Temel bəyin də "Sizdən çəkdiyimiz bəsdir" deməsi də həqiqətə uyğun deyil. O yaş qrupundan olan insanlar səbr məsələsində peşəkarlaşıblar. Kemal bəyi də səbrli insan kimi tanıyıram... 5 nəfər imzaladı, o formada da elan oluna bilərdi. Sonra bir "nəfəs alaq" dedik. Getdim dostlarla məsləhətləşməyə. Belə qərar çıxdı. Hər kəs üçün ən yaxşısı oldu", - deyə İYİ Partiya sədri ittifaqı tərk etməzdən əvvəlki son toplantının təfərrüatlarını açıqlayıb. (Qeyd edək ki, bu barədə ilk açıqlamasında Akşener Kılıçdaroğlunun onun bələdiyyə sədrlərinin namizədliyinin də müzakirə olunması barədə təklifindən hiddətlənərək ayağa qalxdığını və vəziyyətin gərginləşdiyini demişdi. Ali Babacanın müavini isə onu təkzib edərək bu cür hadisə baş vermədiyini bəyan etmişdi - red.)
Partiya sədri CHP-HDP yaxınlaşmasına da münasibət bildirib: "Səmimi deyirəm. Türkiyədə hər partiyanın bir-biri ilə əlaqələrinə digər partiyalar sayğı göstərməlidir. Biz bu günə qədər bunu etmişik. Amma iddia olunduğu kimi guya o masada HDP-nin də var olması gerçək deyil. Dialoq isə başqa şeydir. CHP HDP ilə görüşə bilər, amma bizim olduğumuz masaya əsla gətirə bilməz. Nazir alış-verişi kimi bir məsələ də mümkün deyil. "Sizin səs faizinizlə HDP-nin səs faizi fərqlidir, sizə gülə-gülə, sağ olun" desəydilər, masadan qalxardıq".
Akşener Ərdoğana yaxın iş adamlarından pul aldığı üçün ittifaqı tərk etməsi ilə bağlı iddiaları təkzib edib: "Pul məsələsinə gəlsək, əgər mən Ərdoğanın çevrəsindən və ya başqa bir Allah qulundan belə bir məsələ ilə bağlı 1 lirə, 5 lirə pul almışamsa, dünyanın ən şərəfsiz insanıyam. Maaşımdan başqa heç bir gəlirim olmayıb mənim. Hər şeyim də açıqdır. Bu günə qədər Ərdoğan mənlə danışmaq üçün heç nə etməyib. Mənim də onunla gizli bir görüşüm olmayıb. Hətta zəlzələ vaxtı necə görüşdüyümüzü də televiziya vasitəsilə danışdım".
Qeyd edək ki, İYİ Partiya Kılıçdaroğlunun vahid namizədliyinə qarşı çıxış edərək "Altılı Masa"nı tərk etmişdi. Daha sonra Ankara və İstanbul bələdiyyələrinin sədrlərinin vitse-prezident təyin olunması şərti ilə ittifaqa geri qayıdan Akşener CHP sədrinin namizədliyinə razılıq verib. 6 mart tarixində "Millət İttifaqı"nın toplantısından sonra Kamal Kılıçdaroğlu vahid namizəd elan olunub.(Modern.az)

9-03-2023, 11:08 205

Digər xəbərlər

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

Sumqayıtda Hidayət Orucovun əziz xatirəsi ehtiramla yad edilib -VİDEO/FOTO

Sumqayıt bulvarında Silahlı Qüvvələr Günü münasibətilə möhtəşəm hərbi yürüş keçirilib – FOTO

İzmirdə Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş anım proqramı keçirilib-FOTOLAR

26 İyun – Gücün, Qürurun və Qələbənin simvolu

Təlimçi kimi yetişdirdi, imtahanda birlikdə uğur qazandı: Murad müəllimin nümunəvi nəticəsi

Bahar Muradova Sumqayıtda vətəndaş qəbulu keçirəcək

Azərbaycan Ordusu - Qürurumuzun qalxanı, zəfərimizin müəllifi

9-cu mikrorayonda aşmaq təhlükəsi yaradan ağac sakinləri narahat edir-VİDEO

IV qrup üzrə ölkə birincisi Sumqayıt yetirməsi oldu

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
23-06-2026, 15:23
23-06-2026, 15:21
23-06-2026, 13:08
23-06-2026, 10:05
23-06-2026, 09:53
23-06-2026, 09:44
23-06-2026, 09:11
23-06-2026, 09:03
1 2 3 4 5 6 7 8 9 10 ... 1068